Azərbaycanlı “Grand Chess Tour” seriyasında iştirak edəcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Grand Chess Tour” seriyasında iştirak edəcək.

 

Sportinfo.az xəbər verir ki, bu barədə yarışın təşkilatçıları məlumat yayıb.

 

Onunla yanaşı, yarışda Vişvanatan Anand (Hindistan), Levon Aronyan (Ermənistan), Fabiano Karuana, Xikaru Nakamura, Uesli So (hamısı ABŞ), Aleksandr Qrişuk, Sergey Karyakin (hər ikisi Rusiya) və Maksim Vaşye-Laqrav (Fransa) iştirak edəcəklər.

 

Daha bir şahmatçı isə fərqli turnirlərədə xüsusi dəvət əsasında mübarizə aparacaq. Hazırda Vladimir Kramnik (Rusiya) və Anşi Qiri (Hollandiya) “uayld-kard” alıblar. Onlar müvafiq olaraq Paris və Lyoven turnirlərinə qatılacaqlar.

 

“Grand Chess Tour” seriyası Lyoven (Bekçika, 12 - 16 iyun), Paris (Fransa, 20 - 24 iyun), Sent-Luis (ABŞ, 9 - 16 və 16 - 29 ) şəhərlərində baş tutacaq. Yarışın final mərhələsi dekabrda İngiltərənin paytaxtı Londonda olacaq. Orda əvvəlki 4 seriyada ən yaxşı nəticə göstərmiş 4 şahmatçı mübarizə apracaq.

 

Ş.Məmmədyarov bu gün Almaniyanın paytaxtı Berlində start götürəcək İddiaçılar Turnirində iştirak edəcək. O, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq ilk görüşünü S.Karyakinə qarşı keçirəcək.

Tarix: 10 Mart 18:12    Oxunub: 169    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.