"Onunla müqayisədə daha yaxşı formadayam”

"Moskvada Mixail Talın xatirəsinə keçirilən sürətli şahmat yarışı Vladimir Kramnik, Aleksandr Qrişuk və Şəhriyar Məmmədyarovla müqayisədə daha yaxşı formada olduğumu göstərdi”.

 

Sportinfo.az xəbər verir ki, bunu “İzvestiya”ya müsahibəsində rusiyalı şahmatçı Sergey Karyakin bu gün Almaniyanın paytaxtı Berlində start götürəcək İddiaçılar Turniri barədə danışarkən deyib.

 

Turnirin ilk turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla qarşılaşacaq 28 yaşlı qrossmeyster bildirib ki, bütün iştirakçıların şansları bərabərdir: “Moskvada maksim səviyyədə çıxış etdiyimi söyləyə bilmərəm.

 

Hər oyundan qabaq düşünürdüm ki, hansısa ideyanı İddiaçılar Turnirindən əvvəl göstərim, ya yox. Fikrimcə, iştirakçıların şansları bərabərdir. Turnir kimin daha yaxşı hazırlaşdığını göstərəcək”.

 

Ş.Məmmədyarov Mixail Talın xatirəsinə keçirilən sürətli şahmat yarışında yalnız hindistanlı keçmiş dünya çempionu Vişvanatan Ananddan geri qalaraq ikinci yer tutub.

 

Hazırda 2809 xalla FİDE sırlamasında 2-ci pillədə qərarlaşan 33 yaşlı qrossmeyster İddiaçılar Turnirinə reytinq favoriti kimi başlayacaq. Bütün oyunlar Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

 

Mükafat fondu 420 min avro olan yarışa 8 şahmatçı qatılacaq və onlar 14 turdan ibarət 2 dövrəlik mübarizənin yekununda qalibi müəyyənləşdirəcəklər.

Tarix: 10 Mart 18:00    Oxunub: 269    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.