F1 yarışında ən sürətli nəticəni Qax məktəblisi göstərdi

Bakı Şəhər Halqası əməliyyat şirkəti ilə Avtomobil federasiyasının birgə təşkilatçılığı əsasında bölgələrdə “Sənin sürət formulan” şüarı ilə keçirilən simulyatorda Formula1 üzrə Qax çempionatında 5 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Aqşin Əhmədov 1 dəqiqə 49 saniyə (1:49:043) dövrə vuraraq ən sürətli nəticə göstərib.

 

Sportinfo.az xəbər verir ki, o bu göstərici ilə indiyədək keçirilmiş yarışlarda ən sürətli nəticəni gerçəkləşdirib.

 

Regional F1 çempionatı çərçivəsində tədbirin ilk günü simulyatorlar şəhər sakinlərinin istifadəsinə açıq olub və həmçinin Qax şəhərinin 5 tam orta məktəbinin 9-11-ci sinif şagirdlərindən ibarət 200-dək məktəblisi AAF mütəxəssisləri tərəfindən yol hərəkətinin təhlükəsizliyinə dair verilən seminarlara qatılıb. Sertifikatla təltif olunan yuxarı sinif şagirdləri növbəti gün F1 simulyator yarışında iştirak ediblər.

 

Regional çempionatın sonuncu yarışı Qubada 9-10 mart tarixlərində keçiriləcək. Martın 9-da simulyatorlar rayon ictimaiyyətinin istifadəsi üçün açıq olacaq və eyni zamanda rayonun yuxarı sinif şagirdləri AAF-ın təlimlərinə qoşulacaqlar. Sonrakı gün isə təlimi uğurla başa vuran məktəblilər arasında yarış baş tutacaq.

Tarix: 10 Mart 17:36    Oxunub: 238    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.