Zaur Axundovla çalışmaq - intihara bərabər reyd

«Gedir-qalır», «qalır-gedir» söhbətləri içində bir klub…

 

Təsəvvür edin.

 

Ağlnıza nə gəlir-gəlsin, «Keşlə» kimisi gəlməsin. Zatən, yer üzünü gəzənin qarşısına belə bir klub heç yerdə çıxmayacaq.

 

Çünki onun patronu Zaur Axundov – gündə bir havada və fikirdə olan şəxs dayanıb.

 

Dünən o da stadionda idi. «Bakcell Arena»ya necə gəlməsini görməsəm də, necə getməsinə gözüm şahilddi. Final fitindən dəqiqələr sonra VİP-dən enən Axundov iti və iri addımlarla paltardəyişmə otağına endi.

 

Yerişindən məlum edirdi ki, içəridəkiləri hansı reaksiya gözləyir. Oldu. Axundovun görüş yerinə çatmasına az sonra otağı bir səs-küy, qara-qışqırıq və çığırtı-bağırtı bürüdü… Sadəcə, dəhşət! 

 

Təqribən 8-10 dəqiqə bu minvalla davam elədi. Şura sədrinin nə deməsi aydın eşidilməsə də, şübhə yox idi ki, o, içəridə heç də «Şur» təsnifindən bir parça oxuyaraq zilə qalxmayıb.

 

Bu gərginliyə ürək dözməz! Yuri Maksimovu oyunun gedişində görmək lazım idi: hər dəfə hesabı bərabərləşdirəndə, dünyanın ən xoşbəxti kimi aparırdı özünü. Son dəqiqələrədək kefi fısqırıq çalırdı. Ta ki, Ruslan Abışov «Neftçi»nin üçüncü qolunu vuranadək! Ondan sonra səhnə Zaur Axundovun idi - məğlubiyyətlə barışmayacaq qədər zəif və yerini bilməyən rəhbərin.


Ukraynalı «ola bilsin ki, bu, mənim sonuncu oyunum idi, hər birinizə “sağ ol” deyirəm” söylədi və mətbuat konfransını tərk etdi. Söhbətin uhzanmamasını önləməklə, düşərgədə yaşanan proseslər barədə söhbətdən yayılan Maksimovdan, əslində, nəsə soruşmağa da ehtiyac qalmamışdı. Üz sifətləri, onsuz da danışırdı, deyirdi ki, mən burda zülm-zillət çəkirəm, sıxılıram, sıxışdırılıram. 


Nə oldusa, gecənin bir qaranlığında fikirlər dəyişdi. Axundov sakitləşdi, Maksimov istefa qərarından döndü. Yəqin ki. Yenə SOCAR-dan gələn zəng şura sədrini tərlədib. Baş məşqçinin təyinatı neft şirkətindəki kurator tərəfindən dəstəklənib və son sözü yenə onun deməsi inandırıcıdı. 

 

Müvəqqətidi haldı. Hər xal itkisi, məğlubiyyət güclə, məcburən bir yerdə olan tərəfləri yenidən üz-üzə qoyacaq, dalaşdıracaq. 


Özünə dəyər verən mütəxəssis Axundovla işləməz! Gah xəzri, gah gilavar kimi dəyişən xasiyyəti ilə klubun atmosferini korlayan şura sədrinin dili tapmaq istəyən sonda olan-qalan ağlını da itirər.

 

O, bucürdü və həmişə də belə olaraq qalacaq. Yalnız canından bezən, həyatdan kəsən, intihar etməyə hazırlaşan Axundovun qılıncının altından keçməyə razılaşar. 


KAMİL

Tarix: 10 Mart 16:24    Oxunub: 473    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.