Gənc futbolçuların yüksək səviyyədə yetişməsi üçün daha bir maraqlı yanaşma!

“Qlazqo Reyncers”in ikinci komandası Şotlandiya “İnkişaf Liqası”ndan imtina edib!

 

Cari mövsümün əvvəlində klubun akademiya direktoru Kreyq Malhollend qərara gəlib ki, gənc futbolçuların inkişafı üçün daha yaxşı yollar var.

 

Şotlandiyada “İnkişaf Liqası” adlı turnir mövcuddur. Güman ki, bizim əvəzedici komandalar arasında çempionatla “Gənclər Liqası” (19 yaşadək futbolçulardan ibarət komandalar arasında birincilik) turnirlərinin birləşmiş versiyasıdır.

 

14 klubun U-20 komandası iki dövrəli çempionatda iştirak edir. Hazırda “Haybernian”ın gəncləri turnir cədvəlinə başçılıq edirlər. Maraq üçün qeyd etmək olar ki, uzun illərdir Şotlandiya futboluna liderlik edən “Seltik”in gəncləri ancaq 8-cidirlər.
 

 

“Reyncers” isə yuxarıda qeyd edildiyi kimi, bu yarışda yoxdur.
 

 

“Biz bu layihə üzərində bir ildən çox idi ki, işləyirdik. Ölkə olaraq istədiyimiz səviyyədə oyunçular yetişdirə bilmədiyimizin fərqindəyik. Buna görə də, dəyişikliklər etməli olduğumuzu başa düşürük.
 

 

Biz gənclərimizi “komfort zonası”ndan uzaqlaşdıraraq Mançester nəhənglərinə qarşı atırıqsa, bu, onların inkişafı üçün daha yaxşıdır”, - deyən Malhollend İngiltərədən maraqlı misal çəkir:

 

“Yetişdirmə işində “Tottenhem” və “Sauthempton” digərlərindən bir addım öndədirlər. Turnir cədvəlində baxın, birinin 4, digərinin 5 qələbəsi var (açıqlama bir neçə ay əvvəl verilib). Qətiyyən narahat deyillər. Gəncləri yaşlılara qarşı qoyurlar və bununla da, Beyl, Okseleyd-Çemberleyn, Keyn, Uolkott yetişir.
 

 

Sistem işləyir, buna heç bir şübhəniz olmasın. Bizim komanda 20 yaşlıların çempionatında 17 orta yaş həddi ilə finala vəsiqə qazandı. Biz gəncləri “komfort zonası”ndan kənarlaşdırmaq məcburiyyətindəyik”.
 

 

Ötən ilin avqus ayından etibarən “Reyncers”in gəncləri “Sauthempton” (2:2), “Brayton” (1:2), “Lester” (1:6), “Liverpul” (1:4) və “Mançester Yunayted”i (2:3) qəbul ediblər və “Feyenoord” (2:2), “Mançester Siti” (2:2), “Brentford” (5:2), “AZ Alkmaar” (2:2), “Mexelen” (4:2), “Bervik Reyncers” (4:0), “Benfika” (3:2), “Everton” (0:3), “Bavariya” (2:1), “Vilyarreal” (3:2), “Valensiya” (1:0) və “Haddersfild Taun”un (7:0) qonağı olublar. May ayına qədər artıq indidən planlaşdırılmış 7 oyun təqvimə daxil edilib.

 

Nail Kərimov
"Qəbələ" Futbol Akademiyasının direktor müavini"

 

Tarix: 10 Mart 15:48    Oxunub: 466    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.