"Qrupumuz elə də seksual deyil"

Sportinfo.az xəbər verir ki, UEFA Millətlət Liqasında Azərbaycan, Malta və Farer adaları yığmaları ilə eyni qrupda yer alan Kosovonın baş məşqçisi Bernar Şalland “Blick” nəşrinin suallarını cavablandırıb.

:

Siz albanca bilirsiniz?

- Bir o qədər yox. Amma bu, mütləq deyil. Oyunçuların böyük əksəriyyəti Kosovodan yox, Almaniya, İsveçrə, İngiltərə, İtaliya və Skandinaviya ölkələrindəndirlər. Yığmada əsas dil ingilis dili olacaq. Ehtiyac duyulduqda, tərcüməçidən yararlanacağam.

 

Artıq 66 yaşınız var. Təqaüdə getmək əhvalında deyilsiniz?

- Xeyr, yetərincə enerjim var. Həm də yığma məşqçisi ilə klub məşqçisinin işi eyni deyil. Bu halda gündəlik həyata çox vaxtınız olur. Bu da xoşuma gəlir. İsveçərinin gənclər yığmalarında və Ermənistan millisində oxşar təcrübəm olub.

 

Kosovo millisi 2018-ci il dünya çempionatının seçmə mərhələsində 7 oyunun hamısında uduzdu...

- Bu, Xorvatiya, İslandiya və Türkiyə yığmalarının yer aldığı çox qorxulu qrup idi. Çox, lap çox çətin qrupdaydıq. Həmçinin unudurlar ki, həmin vaxt yığma iki həftə ərzində yaradılmışdı. Kosova yığması yeriməyi öyrənən uşaqdır. Lakin futbola ehtiras var və bu, ən başlıcasıdır.

 

UEFA Millətlət Liqasında Azərbaycan, Malta və Farer adaları ilə eyni qrupda yer almısınız. Bu barədə nə deyə bilərsiniz?

- Qrupumuz elə də seksual deyil. Lakin bizim üçün yaxşıdır. Hər oyun bir təcrübədir.

 

Kosovo yığmasında hansı hədəfləriniz var?

- Bizim 2000 - 2001 təvəllüdlü çox sayda yaxşı oyunçularımız var. Onlar "Yuventus"da, "Bavariya"da, "Roma"da, eləcə də İsveçrə klublarında çıxış edirlər. Bu layihə yoxlanılmalı və özünü doğrultmalıdır.

 

İsveçrə millisinə namizəd futbolçuları oğurlamaq istəyirsiniz?

- Heç bir ölkə oyunçu oğurlamır. Seçimi hər zaman futbolçu edir. Oyunçunun karyerası ərzində daha çox qələbə qazana biləcəyi komandanı seçməsi başa düşülənndir. İsveçrə yığmasında oynamaq şansı olan gələcəkdə həmin yığmanı seçəcək. Təsadüfi deyil ki, Qranit Caka, Cerdan Şakiri kimi futbolçular Albaniya deyil, İsveçrə millisində çıxış edirlər. 

Tarix: 10 Mart 15:36    Oxunub: 378    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.