Ziya Məmmədovun qardaşı oğlunun məşqçi ilə 200 min dollarlıq işi

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlunun şikayətçi olduğu şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

 

Sportinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi davam edib.

 

İşə hakim Azər Paşayevin sədrliyi ilə baxılıb. Zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdu.

 

Məhkəmədə şahid qismində Gülər Ələkbərova ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiq edib. G.Ələkbərova söyləyib ki, "Zaminbank"ın mərkəzi filialında xəzinədar vəzifəsində işləyən zaman Rövşən Heybətov banka gələrək Türkiyəyə pul göndərmək istəyiblər.

 

Amma sənədlər qaydasında olmadığı üçün mümkün olmayıb. G.Ələkbərova Rövşən Heybətovu həmin vaxt tanıdığını, amma Elnur Məmmədovu xatırlamadığını söyləyib.

 

Prokuror sual verib ki, Bakıdan pul göndərilmədiyi halda "Zaminbank"ın Türkiyədə Kapalıçarşıdakı filialından 200 min dollar necə görürülüb? G.Ələkbərova bundan xəbərsiz olduğunu, pul göndərmədiyini deyib.

 

Elnur Məmmədov söyləyib ki, şahidin ifadələrində ziddiyyət var. Sabiq deputatın oğlu pulun göndərildiyini söyləyib. Şahid isə əlavə edib ki, əgər pul göndərilsəydi, qəbz olardı. Əgər qəbz yoxdursa, əməliyyat düzgün aparılmayıb.

 

Hakim Elnur Məmmədova sual verib ki, o pulu kimə verib. Elnur Məmmədov 100 min manatı birinci dəfə bankın fikial rəhbəri olan Nadir adlı şəxsə verdiyini söyləyib: "Nadir də işçisi olan Gülər xanımı çağırıb pulu ona verdi. Növbəti dəfə də 100 min dolları banka vermişəm".

 

Şahid isə heç kimdən pul almadığını deyib. Məhkəmə "Zaminbank"ın "Mərkəz" filialının müdiri olmuş Nadir İsmayılovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar çıxarıb.

 

Təqsirləndirilən Rövşən Heybətov heç kimə pul vermədiyini söyləyib. Sadəcə Türkiyədə puli götürdüyünü qeyd edib.

 

Məlumata görə, sabiq deputatın oğlu Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib.

 

Rövşən Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qalıb. Daha sonra isə ev dustaqlığına buraxılıb.

 

Sabiq deputatın oğlu E.Məmmədov R.Heybətova 100 min manat verdiyini və Türkiyədə iş görmək üçün yola saldığını deyib. Rövşən Heybətov Türkiyədə avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib.

 

Həmin zaman isə pulun üzərində olmadığını görüb. E.Məmmədov isə buna inanmayaraq R.Heybətovdan şikayətçi olub. İstintaqda Elnur Məmmədov məbləğin 210 min olduğunu deyin. Rövşən Heybətov isə 150 min ödədiyini deyir.

 

Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.

Tarix: 10 Mart 14:00    Oxunub: 375    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.