Bu adam "Neftçi"də oynayır və deyir ki… "Nə alınarsa, alınar"

“Neftçi”nin legioneri Derlis Meza Kolli evdə "Keşlə"ni 3:2 hesabı ilə yendikləri Premyer Liqanın 19-cu tur matçından sonra brifinq keçirib.

 

Sportinfo.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi əvvəlcə oyunu dəyərləndirib:

 

- İlk dəqiqələrdən sonadək gözəl oyun nümayiş etdirdik. Qələbəyə köklənmişdik. Hər iki hissədə qollar vuraraq, komandamızı irəli çıxara bildik. Güclü rəqibə qarşı oynayırdıq. Sevinirəm ki, qələbə qazandıq.

 

"Keşlə"də çıxış edən qardaşın Sezar Meza Kolliyə qarşı sanki ehtiyatla oynayırdın...
- Bu, qardaşım olduğu üçün deyildi. Sadəcə, "Keşlə"nin təhlükəli və ən yaxşı futbolçularından biri elə Sezar idi. Özüm onunla ehityatlı oynayıram, çünki hər an məni aldadıb keçə bilər. Çox sürətli oyunçudu. Neçə ildi qardaşımla birgə futboldayıq. Əksərən eyni komandada oynamışıq. Bu gün isə ona qarşı oynamaq mənim üçün anlada biləcəyim hiss deyil. Sezara gələcək oyunlarında uğurlar arzulayıram.

 

"Neftçi" çətinliklə qollar vursa da, asanlıqla buraxırdı. Bu, nə ilə bağlı bağlı idi?
- Oyunun gedişində rəqibin bütün hücumlarının qarşısını kəsə bilirdik. Oyundan əvvəl də baş məşqçimiz bizə təlimat verəndə vurğulamışdı ki, rəqib ən çox standart vəziyyətlərdən təhlükə yaradır. Ona görə də "Keşlə"nin futbolçularını sıx tutmağımızı, bağlamağımızı istəmişdi. Lakin standart vəziyyətlərdə çatışmazlıqlarımız oldu və rəqib də bunlardan yararlanaraq, qollar vurdu.

 

Oyundan əvvəl qardaşınla "Kim udar, kim uduzar" deyə bəhsə girməmişdin?
- Onunla oyun haqda danışmamışıq. Sadəcə, o da, mən də komandamıza fayda verməyə çalışırıq. Günün böyük hissəsini birgə keçirir, hər yerə birgə gedirik. Yenə birgə olanda bu oyun barədə danışacağıq.

 

Komandanızın avrokubok şansları Premyer Liqa, yoxsa ölkə kuboku vasitəsilə daha çoxdu?
- Deməzdim ki, hansısa yol asan görünə bilər. Çünki hər iki istiqamətdə çətinliklər var. Rəqiblər də asan deyillər. Ona görə də neçə vaxtdır öz üzərimizdə işləyirik. İşimizin bəhrəsini qələbələrlə görürük. İnanıram ki, növbəti oyunlarda da sərfəli nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik. Hər iki cəbhədə sonadək mübarizə aparacağıq. Nə alınarsa, alınar.

 

Bu oyunun qəhrəmanı olaraq, kimi görürsüz?
- Oyunun qəhrəmanı kapitanımız Ruslan Abışovdu. Amma doğulandan bu günədək oyunlarda tək qəhrəman bir nəfərdi. Bu da Messidi.

Tarix: 10 Mart 14:48    Oxunub: 477    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.