Azərbaycan bankı millini 3 illik sponsorluğa götürdü - FOTO

“Unibank”daha bir layihəyə imza atıb.

 

Sportinfo.az xəbər verir ki, bank 2020-ci ilədək güllə atıcılığı üzrə milli paralimpiya komandasına dəstək olacaq.

 

2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarında Güllə atıcılığı üzrə milli paralimpiya komandasının üzvlərinin də iştirakı nəzərdə tutulur. Qarşıdakı 3 ildə Güllə atıcılığı üzrə milli paralimpiya komandasının yerli və beynəlxalq oyunlarda rəsmi tərəfdaşı olan Unibank komandanın inkişafına da dəstək verəcək.

 

3 illik rəsmi tərəfdaşlıqla bağlı “Unibank” KB və Milli Paralimpiya Komitəsinin rəhbərliyi arasında müqavilə imzalanıb. “Unibank”ın bu addımı özəl şirkətlərin korporativ sosial məsuliyyət sahəsində fəaliyyəti üçün çox yaxşı və öyrənilməli bir nümunədir.

 

Bunu imzalanma mərasimində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib: “Biz bu böyük dəstəyə görə Unibank-a təşəkkür edirik. İnanırıq ki, bu əməkdaşlıq Güllə atıcılığı üzrə milli paralimpiya komandasının daha böyük uğurlara imza atmasına imkan verəcək.

 

Güllə atıcılığı üzrə milli paralimpiya komandası bizim ən güclü komandalarımızdan biridir. Hətta ilk paralimpiya medalını da bizə güllə atıcılarımız gətirib”.

 

Belə bir güclü komandanın oyunlarına dəstək vermək bizim üçün də sevindiricidir deyən “Unibank” KB İdarə Heyətinin sədri Faiq Hüseynov, bankın KSM layihələr üzrə uzun illərə dayanan bir təcrübəsi olduğunu xatırladıb:

 

“Unibank uzun illər futbolun inkişafına dəstək olub, idman, mədəniyyət və digər sahələrdə layihələrin iştirakçısı olmuşuq. Biz çox şadıq ki, belə mühüm bir layihənin də rəsmi tərəfdaşı olduq. İnanırıq ki, qarşıdakı 3 ildə Güllə atıcılığı üzrə milli paralimpiya komandamız bir çox beynəlxalq yarışların qalibi olacaq və bank olaraq biz də onların yanında olacağıq”.

 

Güllə atıcılığı üzrə milli paralimpiya komandasının baç məşqçisi Əkbər Muradov da Unibank-ın bu qərarının bütün komanda üzvlərini çox sevindirdiyini və onlarda böyük ruh yüksəkliyi yaratdığını bildirib:

 

“Bu dəstək komandamızın qələbə əzmini daha da artıracaq və daha böyük nailiyyətlərə imza atacağıq. Komandamız adından bu böyük dəstək üçün "Unibank"a minnətdarıq”.

Tarix: 10 Mart 12:36    Oxunub: 446    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.