Arif Əsədovu “Sabah“dan uzaqlaşdırmaq planı yenə ertələndi

I Divizionda 17-ci tura yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.


“Sabah” MOİK-lə oyunda minimal hesabla üstün olub. Qış fasiləsində «Səbal»dən icarəyə götürülən Raul Yaqubzadə son dəqiqədə vurduğu yeganə qolla debütanta ardıcıl ikinci qələbəsini qazandırıb

 

. İlk «üçlük» hədəfiylə yeni ilə başlayan Arif Əsədova belə davamiyyət hava və su kimi vacibdi. Təbriz Həsənov başının üstünü «domokl qılıncı» kimi kəsdirib.

 

Rəhbərlikdə təmsil olunan bəzi şəxslər, əslində, komandanın uğursuzluğunda maraqlıdı. «Snikers Təbriz» onlara «iş görmək» üçün daha münbit «zəmi» vəd edir deyə.


Ötən tur gözlənilmədən «Zaqatala» ilə 1:1 edən “Şüvəlan” “Mil-Muğan”ı məğlub yola salıb. Əldə olunan 3 xalın Aqil Nəbiyevi ovundurduğunu söyləyə bilərik.

 

«Karqoçular» artıq turnir cədvəlinin 2-ci pilləsindədi. Aşağı büdcəylə buradək irəliləməyin özü gənc mütəxəssisin aktivinə «+» yazacaq.

 

Turun digər oyunları: “Zaqatala” – “Xəzər” 1:2, “Qaradağ Lökbatan” – “Turan Tovuz” 1:3, “Binə” – “Ağsu” 1:0.

 

“Sabah” – MOİK 1:0
Qol: Raul Yaqubzadə, 85.
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Roman Vasilyev, Nail Nağıyev.
Binə qəsəbə stadionu.

 

“Şüvəlan” – “Mil-Muğan” 2:1
Qol: Vüqar Əlibabayev, 21. Nurzay Kvirtiya, 68 – Anar Babayev, 30.
Qırmızı vərəqə: Samir Babayev, 35.
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Səbuhi Soltanov, Ramiz Məhərrəmov.
Bakı. “AZAL Arena”.

1 Qaradağ Lökbatan 17 12 2 3 33-16 38
2 Şüvəlan 17 9 2 6 20-15 29
3 MOİK 17 9 2 6 25-18 29
4 Binə 17 8 3 6 23-16 27
5 Xəzər 17 7 4 6 17-11 25
6 Turan Tovuz 17 7 4 6 26-23 25
7 Sabah 17 6 4 7 19-26 22
8 Mil-Muğan 17 6 2 9 26-34 20
9 Ağsu 17 5 3 9 17-30 18
10 Zaqatala 17 2 2 13 14-31 8

Sabir Allahquliyev ("Qaradağ Lökbatan") - 9 qol
Elnur Səmədov ("Turan Tovuz") - 8 qol

Samir Babayev ("Mil-Muğan") - 8 qol
Bəhruz Teymurov (MOİK) - 8 qol

 
Tarix: 10 Mart 09:24    Oxunub: 447    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.