Klyuvertin oğlu Azərbaycanı xatırladı: "Bu, möhtəşəm hissdi”

“Ayaks”ın hücumçusu Castin Klyuvert Hollandiya yığmasına dəvət alıb.

 

Sportinfo.az xəbər verir ki, ilk dəfə əsas yığmaya dəvət alan 18 yaşlı futbolçu yerli mətbuata açıqlamasında gənclər millisində çıxış etdiyi zaman, Azərbaycanda keçirilən U-17 Avropa çempionatına qatılmasını da xatırlayıb:

 

“Bu anı uzun müddətdi gözləyirdim. Əvvəllər müxtəlif aşağı yaş qrupu üzrə yığmalarda, həmçinin, Azərbaycanda keçirilən Avropa çempionatında iştirak etmişəm. Bu, möhtəşəm hissdi”.

 

Klyuvert 2016-cı ildə ölkəmizdə keçirilən U-17 Avropa çempionatında Hollandiya millisinin heyətində yer almışdı.

 

Hollandiya millisi martın 23-də İngiltərə, 3 gün sonra isə Portuqaliya yığmaları ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Castin “Barselona”nın və Hollandiya millisinin sabiq üzvü Patrik Klyuvertin oğludu.

Tarix: 8 Mart 17:12    Oxunub: 346    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.