"Etdiyimiz səhvə görə bizi cəzalandırdılar, yekunda uduzduq"

"3 dəqiqədə 2 səhv etdik və indi də Çempionlar Liqasında yoxuq".

 

Sportinfo.az xəbər verir ki, bu sözləri "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/8 finalında "Yuventus"a 1:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra deyib.

 

Argentinalı mütəxəssis komandasının möhtəşəm oyun nümayiş etdirdiyini bildirib: "Çox məyusuq, çünki biz növbəti mərhələyə yüksəlməyə "Yuventus"dan daha çox layiq idik. Matç ərzində üstün tərəf biz idik.

 

Çoxlu qol epizodu yaratdıq. "Yuventus" qapımıza iki və ya üç dəfə yaxınlaşdı. Onlar etdiyimiz səhvə görə bizi cəzalandırdı. Komandamla qürur duyuram. Amma yekunda uduzduq. Meydanda fantastik "Tottenhem" var idi".

Tarix: 8 Mart 14:24    Oxunub: 156    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.