"Mənim Azərbaycandan olan..."

Berlində keçiriləcək İddiaçılar turnirində mənim üçün ən uyğun rəqib FİDE reytinqinin ikincisi Şəhriyar Məmmədyarovdu.

 

Sportinfo.az xəbər verir ki, bunu martın 10-da keçiriləcək turniröncəsi "İzvestiya" nəşrinə müsahibəsində rusiyalı şahmatçı Aleksandr Qrişuk deyib.

 

O, "İddiaçılar turnirində sizin üçün ən uyğun rəqib kimdir?" sualına belə cavab verib: "Yəqin ki, FİDE reytinqində ikinci olan Şəhriyar Məmmədyarov. Mənim Azərbaycandan olan qrossmeysterlə keçirilən qarşılaşmalarda müsbət statistikam var".

 

Martın 28-dək davam edəcək İddiaçılar Turnirinə 8 şahmatçı qatılacaq. Qalib şahmatçı dünya çempionluğu uğrunda görüşdə bu titulun hazırkı sahibi, norveçli Maqnus Karlsenlə qarşılaşacaq.

 

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov və yarışa "wild card"la qatılan Vladimir Kramnikdən əlavə, rusiyalı Sergey Karyakin və Aleksandr Qrişuk, ABŞ təmsilçiləri Fabiano Karuana və Uesli So, erməni Levon Aronyan və çinli Din Lijen bir-biriləri ilə 2 dövrəlik mübarizə aparacaqlar.

Tarix: 8 Mart 14:12    Oxunub: 194    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.