"Yuventus" və "Mançester Siti" 1/4 finalda - VİDEOLAR

Çempionlar Liqasında 1/8 final mərhələsinda daha iki cavab oyunu baş tutub.

 

Sportinfo.az xəbər verir ki, hər iki oyun İngiltərədə baş tutub.

 

“Tottenhem” doğma meydanda İtaliya çempionu “Yuventus”la qarşılaşıb. Turində keçirilən oyunda bu komandalar hərəyə 2 dəfə fərqlənsələr də, qalibi müəyyənləşdirə bilməmişdilər.

 

Cavab görüşündə hesabı meydan sahibləri açıblar. Amma qalan dəqiqələrdə 2 qol vuran turinlilər əzmkar qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıblar.  

 

“Mançester Siti” isə İsveçrənin “Bazel” klubu ilə formal xarakter daşıyan cavab görüşünə çıxıb.

 

İngiltərə klubu doğma meydanda bu rəqiblə bacarmayıb. Amma gözlənilməz məğlubiyyətə baxmayaraq, MS 1/4 finala vəsiqəni təmin edib. Daha öncə “Liverpul” və "Real” da ÇL-in 1/4 finalına vəsiqə qazanmışdı.

 

“Tottenhem” - “Yuventus” 1:2 (ilk oyun 2:2)
Qol: Hunq-Min Son, 39 - Qonsalo İquayn, 64. Paulo Dibala, 67.

 

“Mançester Siti” - “Bazel” 1:2 (ilk oyun 4:0)
Qol: Qabriel Xesus, 8 - Mohamed Elyunussi, 17. Mixael Lanq, 71.

 

 

 

Tarix: 8 Mart 08:00    Oxunub: 141    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.