"Araz"dan adi "Neftçi" növbəti dəfə məğlub oldu

Bu gün Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqada 19-cu turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, turun açılış matçında autsayder “Xəmsə” “FK.İD.Futsal”la qarşılaşıb.

 

Oyun rəqibin böyükhesablı qələbəsi ilə başa çatıb. İkinci oyunda isə əzəli rəqiblər üz-üzə gəlib. Birinci hissədə qapılara qol vurulmayıb. Fasilədən sonra “Neftçi” hesabı açıb. Vahib Xocayev fərqlənib.

 

Amma İlqar Aslanovun rəhbərlik etdiyi komanda üstünlüyünü qoruya bilməyib. Fərid Atakişiyev tarazlığı bərpa edib. Rəqibin 5 cərimə limitini doldurmasından Radik Əhmədov yararlanıb. Oynayan baş məşqçi 10 metrlik zərbəni dəqiq yerinə yetirməklə hesabı komandasının lehinə dəyişib.

 

Bundan sonra qapıçını da meydan oyunçusu ilə əvəzləyən “Neftçi” hesabı bərabərləşdirmək əvəzinə üçüncü qolu buraxıb. 3:1 hesabı ilə qələbə qazanan EKOL 3-cü pillədəki yerini möhkəmlədərkən, “Neftçi” turnir cədvəlində bir pillə geriləyib. Amma “Neftçi”nin ehtiyatda 2 oyununun olduğunu da qeyd edək.

 

Tura liderlə ən yaxın izləyicisinin dueli ilə yekun vurulub. İlk dəqiqələrdən üstünlüyü əldən vernəyən “Araz” yalnız 15-ci dəqiqədə hesabı açdı. İkinci qolu gözləmək üçünsə 1 dəqiqədən də az vaxt lazım oldu.

 

Bolinyanın qoldan sonra Kamran avtoqola imza atdı. Lider ikinci hissədə də üstünlüyünü davam etdirdi və yekunda əsas rəqibini məğlub edərək, xal fərqini artırmış oldu. Cari mövsümdə ilk dəfə tur ərzində iki oyun "CBC Sport" kanalında canlı yayımlanıb.

 

Araz - Marafon Futsal 6:1 
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Kənan Məlikov
Hakim-inspektor: Murad Məmmədov
Qol: Bolinya, 15:05, 35:03, K. Hacıyev (a/q) 15:50, R. Çovdarov, 22:29, O. Rüstəmli, 26:40, X. BAğırov, 29:29 - İ. Hacıyev, 26:50
Bakı İdman Sarayı. Saat 16:30

Araz: 1. Rövşən Hüseynli (q), 3. Teles Thaqo Bolinya, 6. Eduardo Borges, 13. Kardosa Everton Qalo, 17. İsa Atayev, 19. Anar Məmmədov (q), 8. Rizvan Fərzəliyev (k), 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 9. Oktay Rüstəmli, 10. Reza Tolouei, 18. Adil İsmayılov,

Baş məşqçi: Joze Alesio da Silva

Marafon Futsal: 2. Kamran Hacıyev (q), 7. İlkin Hacıyev, 9. Omid Talebi, 22. Elyas Barati, 13. Majid Morovati, 12. Kəsra Mehdipour (q), 4. İbrahim Zeynalov, 10. Tofik Əliyev, 8. Renat Sultanov (k), 11. Vasili Jarikov, 77. Vyaçeslov Tsvirko, 20. Sergey Çumakov, 99. Rüstəm Bağırzadə

Baş məşqçi: Elşad Quliyev

 

EKOL - Neftçi İK (0:0) 3:1 
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Anar Fərəcov
Hakim-inspektor: Şahin Cəfərov
Qol: F. Atakişiyev, 31:56, 39:10, R. Əhmədov, 37:15 - V. Xocayev, 28:20
Bakı İdman Sarayı. Saat 14:30

EKOL: 1. İntiqam Babayev (q, k), 2. Radik Əhmədov, 4. Fərid Atakişiyev, 9. Əsgər Abasov, 10. Samir Həmzəyev, 99. Emin Kürdov (q), , 14. Zaur Fərziyev, 17. Fərid Ələkbərov, 7. Sərxan Məstiyev, 13. Taleh Ağayev, 33. Ələsgər Ələsgərli

Baş məşqçi: Radik Əhmədov

Neftçi İK: 23. Elnur Zamanov (q), 5. Mehram Eybeli, 6. Məhəmməd Katebi, 10. Rüfət Balakişiyev (k), 11. Tural Qurbanov, 1. Samir Mehtiyev (q), 17. Vüsal İsayev, 7. Tural İsmayılov, 14. Mehran Əxtəri, 94. Oruc Baxşəli, 8. Vahib Xocayev, 13. Əjdər Əjdərov

Baş məşqçi: İlqar Aslanov

 

Xəmsə - FK.İD.Futsal (3:5) 3:11 
Hakimlər: Ramil Namazov, Əli Cəbrayılov, Yusif Nurullayev
Hakim-inspektor: Aydın Gözəlov
Qol: R. Cəlilov, 11:00, S. Əmirov, 18:25, F. Əliyev (a/q), 19:18 - E. Quliyev, 1:25, 39:45, F. Əliyev, 4:05, 6:05, 20:25, 31:50, E. İbrahimxəlilov, 8:40, A. Ağayev, 18:57, 23:24, 39:27, N. İsmayılov, 34:47
Bakı İdman Sarayı. Saat 12:30

Xəmsə: 1. Rəşad Zeynallı (q), 12. Ceyhun Yusifov, 13. Novruz İbrahimov, 11. Rüfət Cəlilov (k), 14. Yamin Ağakərimov, 6. Şamo Talıbov, 9. Samir Əmirov, 8. Mehdixan Quluzadə, 7. Elçin Zeynalov

Baş məşqçi: Novruz İbrahimov

FK. İD. Futsal: 1. Ümid Paşayev (q), 6. Anar Ağayev, 8. Nihad İsmayılov, 13. Ağatahir Əzimov , 10. Faiq Əliyev, 12. Ramil Həsənzadə (q, k), 3. Raqif Eyvazov, 4. Elvin Quliyev, 9. Elşən İbrahimxəlilov,

Baş məşqçi: Rəfael Adbulov

 

№ Komanda O Q H/H M T/F X
1 Araz 16 15 1 0 101-22 46
2 Marafon Futsal 17 12 0 5 68-36 36 
3 EKOL 16 8 2 6 52-46 26
4 FK.İD.Futsal 16 5 4 7 64-59 19
5 Neftçi İK 14 5 3 6 39-37 18
6 Yasamal 15 4 0 11 50-95 12
7 Xəmsə 16 0 2 14 39-118 2

Bombardir: Renat Sultanov (Marafon Futsal) - 20 qol

Tarix: 6 Mart 18:36    Oxunub: 215    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.