Ölkə prezidenti hərbçini idman və turizm naziri təyin etdi

Belarusun idman və turizm naziri vəzifəsinə Sergey Kovalçuk təyin olunub.

 

Sportinfo.az xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandr Lukaşenko sərəncam imzalayıb.

 

Yeni nazir fevralın 15-də istefaya göndərilmiş Aleksandr Şamkonu əvəzləyib. Sergey Kovalçuk 14 avqust 1968-ci ildə Brest vilayətində anadan olub. O, 1989-cu ildə Odessa Ali Artilleriya Komandanlığı Məktəbini, 1999-cu ildə isə Belarus Hərbi Akademiyasını başa vurub.

 

1989 - 2004-cü illərdə Silahlı Qüvvələrdə xidmət etmiş Kovalçuk yeni təyinatınadək Belarus prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşı olub. III dərəcəli "Vətənə xidmətə görə" və I, II, III dərəcəli "Qüsursuz xidmətə görə" ordenləri ilə mükafatlandırılıb.

Tarix: 6 Mart 00:00    Oxunub: 284    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 İyul 2018
15 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.