FOTO - Erməni 15 yaşlı “Qəzəbli mələk” Nəzrinin qabağından qaçdı

Ermənistan kiqboks yığmasının üzvü Anoska Akokulyan “Qəzəbli mələk” ləqəbli Azərbaycan kiqboksçusunun qarşısından qaçıb. Sportinfo.az xəbər verir ki, Gürcüstanın paytaxtında K-1, Tay Boksinq və Kiqboksinq üzrə beynəlxalq turnir keçirilib. 

 

Azərbaycan yığmasının tərkibində Xaçmaz Azad Kiqboksinq klubunun üzvü, “Qəzəbli mələk” ləqəbli 15 yaşlı Nəzrin Əskərova da iştirak edib. Onun erməni rəqibi Anoska Akokulyan “Qəzəbli mələk”lə qarşılaşmaqdan imtina edərək özünü rüsvay eləyib. Nəticədə Nəzrin gürcüstanlı kiqboksçu ilə qarşılaşmalı olub. “Qəzəbli mələk” rəqibini böyük üstünlüklə məğlub edərək birincilik qazanıb və öz çəki dərəcəsində çempion olub.

Tarix: 3 Fevral 11:36    Oxunub: 196    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

30 Mart 2017
29 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.