“Formula-1” çempionatının Füzuli yarışının qalibi müəyyənləşdi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı əsasında “Sənin sürət formulan” devizi altında keçirilən simulyatorda “Formula 1” çempionatının Füzuli yarışında 9-cu sinif şagirdi Hüseyn Eyvazov fərqlənib.

 

Sportinfo.az xəbər verir ki, regionlarda avtoidman maarifləndirmə ayı çərçivəsində keçirilən tədbirlərin ilk günü - fevralın 28-də AAF mütəxəssisləri Horadiz şəhərinin 1, 2, 3 saylı və Əhmədalılar kənd tam orta məktəblərindən 200-dək 9 - 11-ci sinif şagirdinə yol hərəkətinin təhlükəsizliyi mövzusunda təlimlər veriblər.

 

Təlimlərin sonunda məktəblilərə müvafiq sertifikatlar təqdim olunub. Həmçinin eyni gündə simulyatorlar rayon ictimaiyyətinin istifadəsinə açıq olub. Martın 1-də isə təlimlərdə iştirak edən yuxarı sinif şagirdləri arasında simulyatorda “Formula 1” yarışı keçirilib.

 

Yarış zamanı BŞH-ni 1 dəqiqə 50 saniyəyə dövrə vuran şəhər 2 saylı tam orta məktəbinin 9-cu sinif şagirdi H.Eyvazov bu göstərici ilə iştirakçılar arasında ən sürətli nəticə göstərərək çempionatın Füzuli yarışının qalibi olub.

 

Çempionat çərçivəsində, ümumilikdə, 6 regionda yarış keçiriləcək. İndiyədək Lənkəran, Şirvan və Füzulidə müvafiq yarışlar baş tutub. Növbəti yarışlar isə ardıcıllıqla Mingəçevir, Qax və Qubada keçiriləcək.

 

Simulyatorları daşıyan treyler martın 3-də Mingəçevirdə olacaq və həmin gün simulyatorlar şəhər sakinlərinin istifadəsinə veriləcək.

 

Bununla yanaşı, şəhər məktəblərinin yuxarı sinif şagirdlərinə yol hərəkətinin təhlükəsizliyinə dair təlimlər keçiriləcək. Martın 4-də isə bu təlimdə iştirak etmiş məktəblilər arasında simulyatorda “Formula 1” yarışı baş tutacaq.

Tarix: 4 Mart 00:50    Oxunub: 200    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.