"Siz xahiş etmişdiz ki, qadınları stadiona buraxsınlar?"

FİFA prezidenti Canni İnfantino İran Futbol Federasiyasının yaranmasının 100 illiyi münasibəti ilə bu ölkəyə səfər edib.

 

Sportinfo.az xəbər verir ki, FİFA prezidenti İranda olarkən Tehran derbisini - “İstiqlal” – “Persepolis” qarşılaşmasını da izləyib.

 

Bu qarşılaşmaya baxmaq istəyən 35 qadın isə polis tərəfindən həbs olunub. Bundan sonra hüquq müdafiəçiləri İnfantinonu kəskin tənqid ediblər. Onun ünvanına sərt ittihamlar səsləndirilib:

 

“İnfantino üçün rüsvayçılıq. 35 qadını həbs etmək üçün İran rejiminə kim kömək edib?”
“İnfantinoya bir sual:

 

Siz İran rejimindən xahiş etmişdiniz ki, qadınları stadiona buraxsınlar? Etməyibsinizsə, biabırçılıqdı”. 
“İranda stadiona daxil olmaq istəyən qadınları həbs ediblər. İnfantino bu barədə məlumatlı olub. Amma rejimin bu addımına heç bir etiraz etməyib”.

 

İranda qadınların stadiona daxil olmasına 1979-cu ildən qadağa qoyulub. Tənqidlərin kəskinləşdiyini görən FİFA prezidenti açıqlama verməli olub: “Mənə vəd verdilər ki, yaxın vaxtlarda qadınların stadiona daxil olmasına icazə veriləcək”.

Tarix: 3 Mart 11:12    Oxunub: 281    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.