Polis Tehran derbisini izləmək istəyən 35 qadını saxladı

İranda "Esteqlal" və "Persepolis" arasındakı Tehran derbisini izləmək istəyən 35 qadın saxlanılıb.

 

Sportinfo.az xəbər verir ki, xanım fanatlar oyundan sonra buraxılıblar.

 

"Azadi" stadionunda keçirilmiş görüş "Esteqlal"ın qələbəsi ilə yekunlaşıb - 1:0.Ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, qadınlar həbs olunmayıb.

 

Onun sözlərinə görə, zərif cinsin nümayəndələri "münasib yer"ə aparılıb. Xanımlar məhz bu oyunu görüşdə FİFA prezidenti Canni İnfantinonun da iştirakı ilə əlaqədar izləmək istəyiblər.

 

Qadınlar bu addımı oyunları izləmələrinə qadağanın qoyulduğunu futbol rəsmilərinin diqqətinə çatdırmaq məqsədi ilə atıblar. İranda qadınların futbol matçlarına daxil olmalarına 1979-cu ildən qadağa qoyulub. 

Tarix: 2 Mart 19:12    Oxunub: 314    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.