Belarus Ermənistanla danışılmış oyunda iştirak edib

Milli komandamızın yoxlama oyunundakı rəqibi Belarus oyun alğı-satqısında ittiham olunur.

 

Sportinfo.az xəbər verir ki, yığmanın ötən ilin noyabr ayının 9-da Ermənistana qarşı keçirdiyi görüşlə bağlı sübhələr yaranıb. 

 

Belə ki, Ermənistanın 4:1 hesablı qələbəsi ilə başa çatan görüşdə əmsallar fərqli şəkildə hərəkət edib. Bu matçda şübhələr olduğunu danışılmış oyunlarla bağlı nümayəndəlikdən də təsdiq ediblər.

 

Yığmanın baş məşqçisi İqor Kriuşenko isə yayılan xəbərlərə qısaca şərh verib: "Bütün bunlar şayiədi. Yalan məlumatı şərh etməyə ehtiyac görmürəm".

 

Belarus Futbol Federasiyasının mətbuat xidməti yayılan xəbərlərə münasibət bildirib: "Federasiya yayılan xəbərlərə görə araşdırma aparmayacaq.

 

Çünki yığmamız həmin matçda düzgün oynayıb. Ölkənin əsas komandasının nüfuzunu ləkələyən məlumatı yayanları məhkəməyə verəcəyik".

 

Belarus martın 23-də Bakıda millimizlə yoxlama görüşü keçirəcək. 

Tarix: 2 Mart 13:48    Oxunub: 152    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.