Almaniya millisinin ulduzları Bakıda qaranlıq otaqlara salınıb

Almaniya millisinin həkimi Tim Meyer ölkəsinin mətbuatına açıqlama verib.


Sportinfo.az-ın "neues-deutschland.de"yə istinadən yaydığı xəbərə görə, o bildirib ki,  DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycanla səfər matçında (4:1) komandanın uğurlu çıxışında düzgün yuxu rejimi əsas rol oynayıb: 


"Azərbaycan və Qazaxıstan kimi uzaq səfərlər Almaniya millisinin üzvləri üçün çətin görünür. Biz bu ölkələrə yollanarkən, Almaniyadakı yuxu rejimini dəyişmədik. Orda da Almaniya saatı ilə hərəkət etdik. Hətta əlavə qaranlıq otaqlar da ayırmışdıq"

 

Onun sözlərinə, son zamanlar yuxu rejiminə diqqət artıb.T.Meyer "Real"ın futbolçusu Kriştiano Ronaldonun yaxşı formada qalmasının səbəbini düzgün yuxu rejimi ilə əlaqələndirib.

 

O, ümumiyyətlə müasir futbolda uğurun ən böyük açarının normal yuxu olduğunu bildirib  “Yuxu çox sadə amildi və hələ kifayət qədər mənimsənilməyib. Fikrimcə, futbolçuların Bakıda rahat oynamalarında bunun az rolu olmadı”.

Tarix: 28 Fevral 16:36    Oxunub: 258    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.