Ərdoğandan azərbaycanlı çempiona cavab: "Nə mutlu "Quran"a görə iman edənlərə!"

"Millətdən güç alan güclü qardaşım Ərdoğan abi! 


Doğum gününüz mübarək! Sizdən hər əsrdə doğulmaz. Bütün türk dünyası Sizinlə fəxr duyur".


Sportinfo.az xəbər verir ki, bu sözlər Azərbaycan Muay-Tay Federasiyasının vitse-prezidenti, 9 qat dünya, 3 qat Avropa çempionu, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrikdə qeyd edilir.


Təbrikdə daha sonra bu fikirlər yer alır: "Uğur olsun, böyük türkün böyük oğlu! Sizə cansağlığı, uzun ömür arzulayıram və möhtəşəm fəaliyyətinizdə uğurlar diləyirəm. Allah qorusun!".


Türkiyə prezidenti Araz Musayevin təbrikini cavabsız qoymayıb. Rəcəb Tayyib Ərdoğan yazdığı cavabda bunları qeyd edib:

 

"Sağ olun, əziz qardaşım. Allah bütün iman edənləri qorusun. Biz Türkiyə və Azərbaycan iki dövlətik.Amma tək millətik, yəni İbrahim millətinin fərdləriyik.

 

İman ailəsinin övladlarıyıq. Nə mutlu "Quran"a görə iman edənlərə... Türkiyədən salamlar və sevgilər".

 

Tarix: 28 Fevral 09:12    Oxunub: 393    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.