Premyer Liqanın 5 klubunda qış yuxusundan ayılmayanlar

Premyer Liqada ikinci yarının 3 turu artıq geridə qalıb.

 

Sportinfo.az xəbər verir ki, komandalar geridə qalan matçlarda yeni transferlərdən lazımınca yararlana bilməyiblər.

 

“Qarabağ” qış fasiləsində yeni transfer həyata keçirməyibsə, turnir cədvəlinin ilk “üçlüy”ünü qapayan “Qəbələ” ilə “Zirə” yanvarda heyətə cəlb edilən bütün futbolçulara şans verib.

 

Ancaq digər 5 klubda hələ də forma şansı qazanmayanlar var. Bəziləri isə cəmi bir neçə dəqiqə meydanda ola bilib.
 
Məsələn, “Sumqayıt”ın “Keşlə”dən aldığı Elnur Abdullayev zədə üzündən yalnız XVII turda ehtiyatda oturmaqla özünü göstərə bilib. “Zirə”dən gətirilən Nicat Qurbanov isə yalnız sabiq komandası ilə matçın son 14 dəqiqəsində forma geyinib.

 

“Neftçi”də Mateo Mujekin əvəzinə I diviziondan gətirilən gənc Fərid Abbaslı hələ ki, komandaya və Premyer Liqaya uyğunlaşmağa çalışır. Kosta-Rikadan sənədləri gec gəldiyi üçün XV turu buraxan Mayk Kampaz ardından “Sumqayıt”la görüşün son 7 dəqiqəsində Tərlan Əhmədovdan şans əldə edib, XVII turda isə ehtiyatda qalıb.

 

“Səbail”in ötən ay anlaşdığı Aqşin Qurbanlı və Ruslan Əmircanov hərəsi cəmi 1 dəfə matçın iştirak ərizəsinə düşməklə kifayətlənib.

 

“Kəpəz”də belə oyunçu sayı 4-dü. Dövrələrarası fasilədə heyətdə köklü dəyişikliklərə əl atan baş məşqçi Yunis Hüseynov geridə qalan 3 turda yenilərdən Murad Səttarlı, Roman Hüseynov, Tərlan Qasımzadə və Tural Nərimanova güvənməyib.

 

“Keşlə” isə digərlərindən fərqli, qışda alınan əcnəbilərə etibar etmir. Yeni çalışdırıcı Yuri Maksimov argentinalı Pablo Podio və serbiyalı Nemanya Stoyanoviçə debüt etmək imkanı verməyib. Podio bir, Stoyanoviç isə iki dəfə “18-lik”də özünə yer etməsinə baxmayaraq, meydança üzü görməyib.

 

Millimizin sabiq üzvü Vaqif Cavadov isə XV turda “Səbail”lə qarşılaşmanın son 19 dəqiqəsində iştirak edib. Həmin dəqiqələrdəki zəif görüntüsü onun XVI və XVII turlarda kənarda qalmasına səbəb olub (apasport.az).

Tarix: 28 Fevral 00:30    Oxunub: 293    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.