Dövrə "Neftçi"nin qələbəsi, "Xəzər Lənkəran"ın uduzmasıyla başa çatdı

Dünən «Bakcell U-17 Liqası»nda 22-ci turun oyunları keçirilib.

 

Eyni zamanda bu turla 2-ci dövrə başa çatıb. 

 

Bütün oyunlardan əvvəl 26 Fevral Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, futbolçular meydana qollarında qara sarğı ilə çıxıblar. Oyunlara gəlincə…


Turun mərkəzi oyunu «İnter Arena»nın 4-cü meydanında keçirilib. 3-cü pillədə qərarlaşan «Keşlə» 2-ci mövqenin sahibi «Qarabağ»ı qəbul edib.

 

Gərgin və maraqlı mübarizə şəraitində keçən oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Maraq kəsb edən digər qarşılaşmada da meydan sahibləri 3 xala seviniblər. Söhbət «Səbail» - «Zirə» matçından gedir.... 

 

22-ci turda qeydə alınan nəticələr:
 «Səbail» - «Zirə» 1:0
«Keşlə» - «Qarabağ» 3:1
«Kəpəz» - «Neftçi» 1:2
«Xəzər Lənkəran» - «Ağsu» 0:2
«Neftçi» İK İB – «Sumqayıt» 0:0
«Mil Muğan» - «Qəbələ» 1:7
Bombardir: Nicat Musayev («Neftçi»)-21 qol.

 

U-17 Liqasında 23-cü turun oyunları martın 5-də keçiriləcək və bununla da 3-cü dövrə start götürəcək: «Kəpəz» - «Mil Muğan», «Qəbələ» - «Neftçi» İK İB, «Sumqayıt» - «İnter», «Qarabağ» - «Səbail», «Zirə» - «Xəzər Lənkəran», «Ağsu» - «Neftçi». Oyunların başlama saatı və keçiriləcəyi yer haqqında əlavə məlumat verəcəyik.

 

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Tarix: 27 Fevral 11:48    Oxunub: 313    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.