U-17 Liqası: Xocalı şəhidləri yad ediləcək

Bu gün «Bakcell U-17 Liqası»nda 22-ci turun oyunları keçiriləcək.

 

Bütün oyunlardan əvvəl 26 Fevral Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılacaq, həmçinin futbolçular meydana qollarında qara sarğı ilə çıxacaqlar.

 

22-ci turda keçiriləcək 6 oyun arasında ən çox maraq doğuranı «İnter Arena»da baş tutacaq. 3-cü pillədə qərarlaşan «Keşlə» özündən 3 xal irəlidə olan 2-ci yerin sahibi «Qarabağ»ı qəbul edəcək.

 

Digər matçlardan «Səbail» - «Zirə» oyunu da qeyd etmək lazımdır. Medallara iddialı 2 komandanın mübarizəsi də böyük maraq kəsb edir. Oyunların başlama saatı və keçiriləcəyi stadionlar aşağıdakı kimidir:

 

13:00 «Səbail» - «Zirə»

(«Bayıl Arena»)

 

13:00 «Keşlə» - «Qarabağ»

(«İnter Arena»)

 

14:00 «Kəpəz» - «Neftçi»

(Gəncə şəhəri, TİM-nin meydanı)

 

14:00 «Xəzər Lənkəran» - «Ağsu»

(Lənkəran şəhər stadionu)

 

14:00 «Neftçi» İK İB – «Sumqayıt»

(Lökbatan OİK-nin meydanı)

 

14:00 «Mil Muğan» - «Qəbələ»

(İmişli şəhər stadionu)

 

Bombardir: Nicat Musayev («Neftçi»)-21 qol.

 

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

 

Tarix: 26 Fevral 10:00    Oxunub: 238    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.