U-16 Liqası: Fərrux İsmayılovun sevinci

Dünən U-16 Liqasında 19-cu turdan təxirə düşmüş «Qəbələ» - «Vətən» matçı keçirilib.

 

Qəbələ şəhər stadionunda baş tutan oyunda qonaqlar 1:0 hesabı ilə qalib gəliblər.

 

Yeganə qolu 1-ci hissədə Ramin Quliyevin ötürməsindən sonra Kamran Qürbətov vurub. Bu, «Qəbələ»nin cari birincilikdə ilk məğlubiyyəti olub. Qələbə sayəsində xal ehtiyatını 35-ə yüksəldən Fərrux İsmayılovun komandası «Neftçi» ilə 3-4 yürləri bölüşdürür. 

 

U-16 Liqasında 22-ci turun oyunları martın 1-də keçiriləcək və bununla da 2-ci dövrəyə yekun vurulacaq. 3-cü dövrənin oyunları martın 8-də start götürəcək və çempionat bu dövrənin yekunlaşması ilə mayın 24-də başa çatacaq.


22-ci tur (1 mart): «Sumqayıt» - «Zirə», «Neftçi» İK İB – «Qəbələ», «Keşlə» - «Turan», «Neftçi» - «Kəpəz», «Vətən» - «Qarabağ».

 

Bombardir: Emil Quluzadə («Vətən») -14 qol

 

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Tarix: 26 Fevral 09:12    Oxunub: 342    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.