Bakıda dünya çempionatının başlanmasına 100 gün qaldı - VİDEO

5-9 iyunun Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı keçiriləcək.
 
Sportinfo.az xəbər verir ki, yarışın başlanmasına 100 gün qalır.
 
Artıq hazırlıqla bağlı görülən işlər həlledici mərhələyə qədəm qoyub. Bu növən gənc hesab edilir. 70-ci illərdə Amerika Birləşmiş Ştatlarında yaranan dağ velosipedi növ getdikcə populyarlıq qazanmağa başlayıb və 1981-ci ildə Beynəlxalq BMX federasiyası təsis edilib,
 
1982-ci ildə isə bu növ üzrə ilk dünya çempionatı təşkil edilib. 1993-cü ildə Beynəlxalq BMX Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) tərkibinə daxil olub.
 
2003-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin növbəti konqresində BMX idman növünün Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi barədə qərar qəbul edilib.
 
2008-ci il Pekin Yay Olimpiya Oyunlarından etibarən BMX 4 illiyin zirvə yarışının tamhüquqlu üzvünə çevrilib və ən çox tamaşaçı toplayan idman növlərindən biri hesab edilir.
 
Azərbaycanda BMX idman növü ilə ilk əyani tanışlıq Bakı-2015 ilk Avropa Oyunlarına təsadüf edir. Ölkəmizin digər növlər kimi, velosiped yarışlarını da ən yüksək səviyyədə təşkil etdiyini görən Beynəlxalq Velosipedçilər İttifaqı 2018-ci il dünya çempionatını Azərbaycan Velosiped İdmanı Federasiyasına etibar edib və dövlət başçısı cənab İlham Əliyevin tapşırığı ilə hazırlıq işlərinə başlanılıb.
 
2015-ci ilin əvvəlində Bakıda ən müasir tələblərə cavab verən BMX stadionu inşa edilsə də, 2016-cı ildə UCI müvafiq qaydaları və stadionların ölçülərini dəyişdiyindən Bakı stadionu yenidən qurulub, trekin uzunluğu, eni, maneələrin sayı və döngələrin hündürlüyü artırılıb. Bu gün UCI-ın yeni standartlarına tam cavab verən yeganə stadion məhz Bakı trekidir.
 
Mötəbər yarışın keçiriləcəyi BMX Trekində aparılmış yenidənqurma işlərindən sonra ötən ilin oktyabr ayında təşkil olunan Dünya Sınaq Yarışı Beynəlxalq Velosipedçilər İttifaqının rəsmi nümayəndələri tərəfindən yüksək qiymətləndirilib və arenanın dünya çempionatının qəbul etməyə hazır olduğu rəsmi məktubla təsdiqlənib.
 
Azərbaycan prezidenti İlham Əliyevin 15 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən, 2018-ci il iyun ayının 5-9-da təşkil olunacaq dünya çempionatı ilə əlaqədar təşkilat komitəsi yaradılıb. Bu günə qədər artıq 30-dan artıq ölkə dünya çempionatında iştirakla bağlı müraciət edib və onların sayı getdikcə artmaqdadı.
 
Tarix: 25 Fevral 00:40    Oxunub: 232    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.