Azərbaycan klubu Avrasiya kuboku uğrunda mübarizə aparacaq

Fevralın 25-də Gürcüstanın paytaxtı Tbilisidə ilk dəfə WK-1 idman növü üzrə Avrasiya kuboku keçiriləcək.

 

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Avrasiya kuboku uğrunda mübarizədə Azərbaycan, Gürcüstan, Qazaxıstan, İran, Rusiya və Türkiyədən ümumilikdə 120 idmançı mübarizə aparacaq. Azərbaycan turnirdə 8 idmançı ilə təmsil olunacaq.

 

Azərbaycan təmsilçisi, tədbirin təşkilatçılarından biri olan “Qartal” peşəkar idman klubunun prezidenti Yaqub İbrahimov yarış öncəsi keçirilən brifinqdə deyib ki, çempionatda mübarizə aparan idmançılardan 22-si peşəkar, 98-i isə həvəskar idmançılardır. Azərbaycan idmançılarından 3-ü peşəkar, 5-i isə həvəskar səviyyədə mübarizə aparacaqlar.

 

Peşəkar idmançılarımızdan Babək Qəmbərov 54 kiloqram (kq) çəki dərəcəsində qazaxıstanlı Janovi Salemqereyevlə qarşılaşacaq. Azərbaycan idmançısı Sənan Qasımov isə 57 kq çəkidə qazaxıstanlı Jondos Nazarbayevlə yarışacaq. Daha bir idmançımız Murad Babayev isə 71 kq çəki dərəcəsində Gürcüstan idmançısı Gote Quraşidze ilə qarşılaşacaq.

 

Sportinfo.az xəbər verir ki, çempionatda Gürcüstan vətəndaşı olan iki azərbaycanlı da mübarizə aparacaq.

 

Gürcüstanlı soydaşımız Seymur Qarayev 60 kq çəki dərəcəsində həmyerlisi Nodar Xotenaşvili, Anar Şərifov isə 63,5 kq çəkidə Türkiyədən olan idmançı Sercan Sincar ilə qarşılaşacaqlar.

 

Peşəkar rinqdə həmçinin, 67 kq çəki dərəcəsində Türkiyə idmançısı Onur Şəkər gürcü Gogo Xotonaşvili, 75 kq çəkidə qazaxıstanlı Koyca Alleberden gürcü Otar Qoraverişvili, 81 kq çəkidə isə qazaxıstanlı idmançı Dauren Kərimov Gürcüstan idmançısı Lekson Oniani ilə güclərini sınayacaqlar.

Tarix: 25 Fevral 00:00    Oxunub: 234    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.