"Elə komandalar var ki, hansı yolu seçsən də, alınmır" - Tərlan Əhmədov

Sportinfo.az xəbər verir ki, Premyer Liqada XVII turun “Neftçi” – “Zirə” (1:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov sualları cavablandırdı.


- Komandanın oyunundan çox razı qaldım. Əsasən də ikinci hissədə yaxşı çıxış etdik. Komanda bu gün daha çox topa sahib oldu. Amma hücumda oynadıqca rəqibin əks-hücumda bizi yaxalamaq imkanı artır. İki xal itirdik. Qələbə üçün meydana çıxmışdıq. İki futbolçumuz cəzalı, ikisi zədəli idi. Amma yenə də yaxşı oynadıq.

Konfransa gecikməyinizin səbəb nə oldu?
- Dedilər ki, rəqib komandanın baş məşqçisi girməlidi. Buna görə komanda ilə söhbət edirdim. Əslində birinci gəlmək istəyirdim. Belə oyunda xal itkisi təsir edə bilər. Ona görə də uşaqlarla danışmaq istədik.

Nəticə gözlədiyiniz kimi oldu?
- Açığı, qələbə gözləyirdim. Amma bu nəticə ilə də barışmalıyıq.

“Neftçi” uzun müddət sonra çempionatda “Zirə”yə uduzmadı. Buna görə sevinməyə dəyməzmi?
- Hər halda qələbə daha önəmlidi. Bir xal da xaldı. Məni sevindirən komandanın oyunu oldu. Bu gün uşaqlarda daha çox istək var idi. Həm də tələb etdiyim oyunu göstərmələri məni sevindirdi. Qələbə qazansaq, daha yaxşı olardı.

Artıq mövsümün ikinci hissəsində 3-cü oyununuz idi. Yeni transferlərdən razısız?, yoxsa yayda pnları göndərməyi fikirləşirsiz artıq indidən?
- Nə yatdıq, nə yuxu gördük ki, qərar da verək. Uyğunlaşma məsələsi var. Zidan “Real”a keçəndə 1 il azarkeşlər onu fitə basdı, amma sonradan sevimli oyunçuya sevindi. Yeni oyunçular Cənubi Amerikadan gəlib, qısa müddətdə uyğunlaşmaq çətindi. Komanda ikinci hissədə rəqibə hücum etməyə imkan vermədi. Qatonun əvəzlənməsi isə ondan narazılığımla bağlı deyildi.

“Zirə”nin itkiləri də böyük idi. Üstəlik rəqib azlıqda qaldı. Bu komandanı sizin üçün belə çətin edən səbəb nədi?
- Biz də bilirdik bunu. Ömər Buludov U-21-dən zədəli qayıtmışdı. Son 3 gündə məcburiyyətdən opnu məşqlərə cəlb etdik. Limitə görə məcburi onu meydana buraxmalı olduq. Petrov zədədən sonra istənilən formada deyil. Bu gün onu riskə atdıq. Bacardığımız qədər hücum futbolu oynamağa çalışdıq. 75-ci dəqiqəqən 3 müdafiəçili sistemə keçmişdik. Elə komandalar var ki, hansı yolu seçsən də, alınmır. İkinci hissədəki oyunumuz göstərdi ki, gələcəyə inamla baxmağa dəyər.

Lukas Qomezin Barqas və Seqoviyadan hansı üstünlüyü var ki, onu transfer etmisiz?
- Barqas və Seqoviya ilə “Neftçi” 7-ci yeri tutmuşdu. Deməli, dəyişikliyə ehtiyac var idi.

Xal almağınız pozitivdi. Ancaq digər tərəfdə növbəti rəqibiniz  “Qəbələ” debütan “Səbail”ə uduzdu. Bu, komandanıza necə təsir edəcək?
- Öz oyunumuza köklənirik. Düzdü, rəqibləri də izləyirik. Hər oyunun öz hazırlığı var. Hər birinin sistemləri başqadı. “Qəbələ” ilə oyuna da fərqli hazırlaşacağıq. Hələ kubokda yarımfinal oyunlarımız da var. Həm kubok, həm də 4-cü yer uğrunda mübarizə aparacağıq. “Qəbələ” ilə oyun daha gözəl və maraqlı olacaq?

Tarix: 24 Fevral 21:00    Oxunub: 455    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.