Gombul olduğu üçün qəbul etmədilər - İndi qiyməti 150 milyondu!

Vaxtilə ona rədd cavabı verildi. İndi isə Avropanın nəhəngləri indi onu rənglərinə qatmaq istəyir.

 

Sportinfo.az xəbər verir ki, söhbət İngiltərə çempionatında fərqlənməyi bacaran Harri Keyndən gedir.

 

“Arsenal”ın keçmiş futbolşçusu və akademiya direktoru Liam Bradi hücumçu haqqında etirafını dilə gətirib:

 

“Çox təəssüf ki, Keyn 9-10 yaşlarında bizə müraciət etdi, gombul olduğu üçün qəbul etmədik. Fiziki görünüşü lazımi səviyyədə deyildi. Lakin bu gün baxdıqda, görürük ki, səhv addım atmışıq. Amma “Tottenhem” də onu bir neçə dəfə kirayə verib”.

 

Mütəxəssis qeyd edib ki, futbolçunun karyera hədəfi, inadı, ortaya qoyduğu xarakteri onu bu zirvəyə gətirib çıxardı: “Bugün Messi, Ronaldo ve Levandovskidən sonra Harri Keyn gəlir. Üstəlik, onun hələ 25 yaşı tamam olmayıb”.

 

Xarici mediada yayılan məlumata görə, Real Madrid Harri Keynin transferi üçün 150 milyon avrosundan keçməyə hazırdı.

Tarix: 24 Fevral 19:12    Oxunub: 428    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.