"Binə" "Xəzər"i necə udub?

"Bu oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibimiz "Xəzər" də layiqli mübarizə apardı".

 

Sportinfo.az xəbər verir ki,  bu sözləri "Xəzər" ilə matçdan sonra «Binə»nin baş məşqçisi İsmayıl Hüseynov deyib.


I Divizionun XV turunda qonaqlar xala həsrət qalıb. Paytaxt derbisinin taleyini 1 qol həll edib. Məhəmməd Bədəlbəyli «Binə»yə çox vacib 3 xal qazandırıb.


Qəsəbə təmsilçisinin çalışdırıcısı bu qələbə münasibətilə bütün komandanı, azarkeşləri təbrik edib:

 

"Futbolçularım oyuna çox yaxşı köklənmişdilər. Ümumilikdə komandadan razı qaldım. İnanıram ki, oyundan-oyuna daha da artıracağıq. Çalışacağıq ki, qələbələrimizin davamı gəlsin".

Tarix: 24 Fevral 18:12    Oxunub: 480    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.