Rüstəm ermənidən "qızıl xal" aldı və finala vəsiqə qazandı

Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində "Böyük Dəbilqə” turnirində finala vəsiqə qazanıb.

 

Sportinfo,az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançı 1/16 finalda avstraliyalı Ceyk Benstedi, 1/8 finalda isə tacikistanlı Bəhruz Xocazodanı məğlub edib.

 

R.Orucov 1/4 finalda ermənistanlı Ferdinand Karapetyanla qarşılaşıb. Görüş Azərbaycan cüdoçusunun qələbəsi ilə başa çatıb. Orucov qızıl xalla qalib gəlib.

 

O, yarımfinalda almaniyalı İqor Vandtke ilə üz-üzə gəlib. Bu görüşün də taleyi əlavə hissədə həll olunub. Azərbaycan cüdoçusu rəqibinə ipponla qalib gələrək, finala yüksəlib.

 

Həlledici görüşdə 27 yaşlı cüdoçu yaponiyalı Şohey Ono ilə qarşılaşacaq. Ono ilk görüşündə daha bir azərbaycanlı Hidayət Heydərova qalib gəlib.

 

81 kq-da yer alan Fəqan Quluzadə də elə ilk görüşdə polşalı Damian Şvarnoveçkiyə uduzaraq, mübarizəni dayandırıb. İlk yarış günündə Azərbaycan cüdoçuları medalsız qalıblar.

Tarix: 24 Fevral 17:24    Oxunub: 244    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.