Azərbaycan futbolunda yeni...

Bu gün idman yazarı Rəsul Şükürsoyun ideyası əsasında Futbolsevərlərin İctimi Birliyinin təsis edilməsi ilə bağlı konfransa hazırlıq toplantısı keçirilib.

 

Sportinfo.az xəbər verir ki, toplantıda birliyə üzv olmaq istəyənlər arasından 6 nəfərlik Təşkilatçı Qrup yaradılması və onlara qurumun yaradılması ilə bağlı təşkilatı işlərin icrası üzrə səlahiyyətlərin verilməsi qərara alınıb.

 

Təşkilatçı Qrupun yaxın günlərdə növbəti toplantısı planlaşdırılır. Toplantı iştirakçılarının Təşkilat Qrupunun öhdəsinə verilmiş məsələlər aşağıdakılardı:

 

- Təsis Konfransı üçün üzvlərin cəlb edilməsi; 
- Təsis Konfransının vaxtının təyin edilməsi; 
- İcraiyyə Komitəsi üzv say limitinin müəyyən edilməsi; 
- İcraiyyə Komitəsi üzvlüyünə namizədlərinin namizədliklərinin təsdiqi; - İctimai Birliyin ad seçənəklərinin hazırlanması, konfransa təklif edilməsi; 
- İctimai Birliyin Nizamnamə və Əsasnaməsinin hazırlanması, konfransa təklifi.

Qeyd edək ki, yeni yaradılacaq burlik aşağıda qeyd olunan prinsiplər istiqamətində fəaliyyət göstərməyi planlayır:

1. Birliyin əsas məqsədi ədalətin təmin olunması üçün futbol sahəsində fəaliyyət göstərmək, Azərbaycan Respublikasında futbolu inkişaf etdirmək, futbolçu, futbol klubu, futbol işçisi, futbol azarkeşi hüquqlarının qorunmasına yardım etmək, hüquqi dövlət prinsiplərini əsas tutaraq futbol sahəsini inkişaf etdirmək, bu sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək, xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlarla əlaqə yaratmaq və onlarla əməkdaşlıq etməkdən ibarətdir. Qeyri-kommersiya hüquqi şəxsi olaraq Birliyin əsas məqsədi mənfəət götürməkdən və ya götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməkdən ibarət deyil. 
2. Birlik qarşısına qoyduğu məqsədlərə çatmaq üçün aşağıdakı fəaliyyətləri həyata keçirir: 
3. Futbol sahəsində aparılan islahatların həyata keçirilməsinə yardım etmək; 
4. Futbolun inkişafı ilə bağlı Dövlət Proqramlarının, Azərbaycan Futbol Federasiyaları Assosisasiyalarının icra etdiyi layihələrin icrasının monitorinqi; 
5. Futbolun inkişafı ilə bağlı proqram və layihələrin işlənilməsi, mövcud layihələrə əlavələrin təklifi; 
6. Klubların idarə edilməsi və futbol marketinqi sahəsində layihələşdirmə, seminar və maarifləndirmə xarakterli tədbirlər, qanunçuluğa ictimai nəzarət həyata keçirmək; 
7. Müasir klub idarəçiliyi modellərinin hazırlanması, tətbiqi; 
8. Futbolda kütləviləşmənin faydalılığı istiqamətində layihələrin hazırlanması və icrası; 
9.Uşaq və gənclər futbolundakı real vəziyyətinin monitorinqi, sahənin inkişafı istiqamətində layihələrin hazırlanması və icrası; 
10. Beynəlxalq futbol qurumları ilə şəffaf informasiya mübadiləsi sahəsində əməkdaşlığın təmin edilməsi; 
11. Regionlarda futbolun inkişafı və kütləviləşməsi istiqamətində layihələrin hazırlanması; 
12. Fəaliyyətini dayandırmış və faəliyyət dairəsini daraltmış futbol klublarının bərpası istiqamətində layihələrin hazırlanılması və icarsı; 
13. Beynəlxalq aktlara və təcrübəyə, Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və ümumi prinsiplərinə uyğun şəkildə, Azərbaycan Respublikasının, Azərbaycan Respiblikası Gənclər İdman Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasılarının qanunvericiliyinin təkmilləşdirilməsində, dinamik inkişafında, eləcə də qanunvericilik aktlarının hazırlanmasında fəal iştirak etmək, beynəlxalq təşkilatlar ilə əlaqələr yaratmaq, onlarla əməkdaşlıq etmək, beynəlxalq təcrübəni öyrənmək, bu məsələlərlə bağlı dəyirmi masalar keçirmək, zərurət olduqda müstəqil ekspertizalar keçirmək, mülahizələr aparmaq, müstəqil olaraq və ya dövlət idarələri, ictimai təşkilatlar və ya dövlət qurumları ilə birlikdə konqreslər, konfranslar, seminarlar keçirmək, kitab və broşuralar çap etdirmək.

Tarix: 24 Fevral 16:24    Oxunub: 315    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.