"Məndən olsa, gələn mövsümü də "Neftçi"də keçirərəm"

«Mənim «Neftçi» ilə müqaviləm birillikdi. Bura ötən ilin sentyabrında gəlsəm də, özümü komandanın çoxillik üzvü kimi hiss edirəm».


Keçən «futbol ili»ni başa vurandan bir neçə ay sonra «Neftçi» ilə müqavilə bağlayan Emin Mahmudov Sportinfo.az-a açıqlamasında belə deyib.


Millinin yarımmüdafiəçisi bildirib ki, əvvəlki klublarında, eləcə də «Boavişta»da ona bu qədər rahatlıq verən olmayıb:

 

«Neftçi» tarixi klubdu. Sevinirəm ki, burdayam. Əlbəttə, komandanın qeyri-sabit çıxışı mənə pis təsir edir. Mən də titul qazanmaq, avrokuboklarda çıxış etmək, aharkeşlərə xoşbəxt dəqiqələr yaşatmaq istəyirəm.

 

Hər oyundan bacardığımın ən yaxşısını etməyə çalışıram. Bunun öhdəsindən gəlib-gəlmədiyimi rəhbərlik və məşqçilərimiz deyə bilər. Məndən olsa, gələn mövsümü də «Neftçi»də keçirərəm. Bu isə klubun verəcəyi qərardı.

 

Müqaviləni uzatmağımı istəsələr, razılıq verəcəm. Nə gizlədim, başqa heç bir klubla danışıqlar aparmıram. Nə Azərbaycanda, nə də ondan kənarda. Karyeramın son illərini istədiyim kimi keçirməmişəm. «Neftçi» bu illərdə özümü ən sakit, ən rahat hiss etdiyim yeganə klubdu. Burda təmiz rəqabət və dəstək var. Ailəm nə fikirləşir?

 

Mən nə deyirəm, nə istəyirəm, onlar da onu deyir və istəyir. Harda özümü yaxşı hiss edirəmsə, valideynlərimə o yer doğmadı. Çox istərdim ki, «Neftçi» azarkeşləri məndən razı olsun. Sabitlik əldə etmək istəyiriksə, əvvəlcə «Qarabağ»a baxmalıyıq.

 

«Qarabağ», demək olar ki, uzun illərdi eyni heyətlə çıxış edir. Hər il 1-2 futbolçu gəlir və gedir. Çox dəyişiklik eləmirlər. Heyətin özəyini qoruyanda, komandaya yeni gələnlər də adaptasiya prosesini tez keçir. İnanıram ki, «Neftçi»də bundan sonra belə olacaq».

Tarix: 24 Fevral 15:00    Oxunub: 465    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.