“Qarabağ”ın Türkiyədə ilin komandası seçilməsi üçün SƏS VER!

Türkiyənin məşhur “Milliyet” qəzeti “İlin idman mükafatları” adlı ənənəvi sorğusunu bu il də davam etdirir.

 

Sportinfo.az xəbər verir ki, 2017-ci ilin ən yaxşı komandaları arasında Azərbaycan çempionu, bu mövsüm  Çempionlar Liqasında tarix yazan “Qarabağ” da yer alıb.

 

Digər namizədlər isə Türkiyənin əlil futbolçulardan ibarət millisi, “Fənərbağça”nın basketbol klubu, “Vakıfbank” voleybol klubu, “Beşiktaş” futbol komandası və əlil basketbolçulardan ibarət yığma komandadı. Sorğu mart ayının 21-nə qədər davam edəcək.

 

Azarkeşlər http://yilinsporcusu.milliyet.com.tr/Question.aspx saytına daxil olub "yılın takımı" (ilin komandası) bölməsini seçməklə  səsvermədə iştirak edə bilərlər.

Tarix: 24 Fevral 14:48    Oxunub: 323    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.