Azərbaycan birinciliyi "Sərhədçi"də başa çatdı - VİDEO

"Sərhədçi" Olimpiya İdman Mərkəzində U-21 gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, ölkə birinciliyinin sonuncu günündə oğlanlar arasında altı çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.

 

Elçin Hüseynov (66 kq), Kərim Allahverdiyev (73 kq), Murad Fətiyev (81 kq), Azər Yaqublu (90 kq), Adil Kərimli (100 kq) və Ayxan Cəfərov (+100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Azərbaycan birinciliyində fərqlənən gənc cüdoçulara diplom və medallar təqdim olunub. İki gün davam edən respublika birinciliyində ümumi medal sayında “Judo Club 2012” klubu birinci, “Atilla İdman Klubu” İB ikinci, “Qəbələ” klubu isə üçüncü olub.

 

Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə 64 klubdan 467 (408 oğlan, 59 qız) gənc cüdoçu mübarizə aparıb.

 

Tarix: 24 Fevral 13:36    Oxunub: 184    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.