Sarı lent taxdığı üçün Qvardiolaya qarşı iş açdılar

İngiltərə Futbol Assosiasiyası “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolaya qarşı iş açıb.

 

Sportinfo.az xəbər verir ki, Qvardiola assosiasiyanın qaydalarını pozmaqda ittiham olunur.

 

O, sarı lent taxdığı üçün ittihama tuş gəlib. Assosiasiya Pepin sarı lent taxmasını reklam qaydalarının pozulması və siyasi çağırış kimi qəbul edir.

 

İttihamlara cavab vermək üçün Qvardiolanın martın 5-nə qədər vaxtı var. Qvardiola sarı lenti Kataloniyanın müstəqilliyi uğrunda mübarizə aparan və həbs edilən siyasilərə dəstək üçün taxır.

Tarix: 24 Fevral 13:00    Oxunub: 164    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.