Aqil Məmmədov ona çörək vermiş Ramin Musayevə qarşı da "çaşıb"?

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bugünlərdə verdiyi müsahibədə bir çox mövzular haqda danışıb, keçmişi xatırlayıb, hazırkı işindən, çətinliklərdən söz edib.


O, «bizdə bu gün daha bir gənc məşqçi varmı ki, zamanında Qurban Qurbanova, Tərlan Əhmədova verdiyiniz dəstəyi ona da göstərəsiniz» sualına cavabında «var» dyeib və əlavə edib:

 

«Aqil Məmmədovu çox istəmişəm. Aqil Məmmədov «Neftçi»də bizim futbolçu olub, istəmişəm ona dayaq olum.

 

Amma bu yaxınlarda ondan yaxşı şey eşitmədim. “Sumqayıt”la oyuna gedəndə, çağıracam yanıma, söhbət edəcəm. Onun özünün yaxşılığı üçün edəcəm bu söhbəti».


Musayev nə demək istəyib? Əslində, MOİK rəhbərliyinin dediyini. Axı Məmmədovu işə götürmələrini mövsümün əvvəlində ordu klubunun rəhbərliyindən xahiş etmişdi.

 

Eynən «Mil-Muğan»da olduğu kimi. PFL şefi kurasiyasındakı İmişli komandasını keçmiş futbolçusuna etibar eləmişdi və sonadək arxasında dayandı.

 

Di gəl, Məmmədov burda olduğu kimi, MOİK-də də rəsmilərlə yola getmədi. Adı neqativ işlərdə hallandı. «Mil-Muğan» onun dönəmində oyun «alver»inə bürünmüşdü,

 

I Divizionun digər təmsilçisində də oxşar olaylar az baş vermədi. Hər halda MOİK başbilənləri başqa söz-söhbətlər üzündən Məmmədovun «pişiyni ağaca dırmaşdırmadı».

 

Qəsdən 3 futbolçunu ondan xəbərsiz düşərgədən uzaqlaşdırdılar ki, hirslənib getsin. Müqayiləyə birtərəfli xitam versəydilər,

 

Musayevin xətrinə dəyə bilərdilər və o, sözsüz ki, bundan inciyəcəkdi. Məmmədovun saman altından su yeritməsini, yalançı və yolunu azmış biri olduğunu göstərmək lazım idi: onlar belə də etdi. 


Musayev bu qədər olanlara rəğmən, yenə keçmiş futbolçusunun qələmini birdəfəlik qırmaq istəmir. Qarşı tərəf bunu anlayacaqmı?  Çətin ki… Amma yaxşı deyiblər, sən yaxşılığını elə, balıq bilməsə də, xaliq biləcək.

 

SPORTİNFO.AZ

 

Tarix: 24 Fevral 12:36    Oxunub: 661    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.