“Qəbələ”dən 2 günlük Azərbaycan çempionatında 4 medal

Taekvondo üzrə Azərbaycan çempionatına yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunan yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də uğurla çıxış ediblər.

 

İki gün davam edən çempionatda qəbələli taekvondoçular4 medal qazanıblar. 58 kq çəki dərəcəsində çıxış edən Əli Məmmədov bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Yalnız finalda məğlubiyyətə üzülən Məcid Sofiyevlə (54 kq) Məhəmməd Məmmədovun (68 kq) qazancı gümüş medal olub.

 

Qadınların mübarizəsində qüvvəsini sınayan Mujgan Zadmohammad (57 kq) isə yarışı 3-cü pillədə başa vurub.  Beləliklə, 1 qızıl, 2 gümüş və 1 bürünc əldə ediblər.

Tarix: 24 Fevral 00:40    Oxunub: 161    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 May 2018
21 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.