"Şadam ki, belə bir futbolçu ilə əməkdaşlıq etməyə başlamışam"

Polşa yığmasının və Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski bundan sonra yeni agentlə çalışacaq.

 

Sportinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu israilli Pini Zahavi ilə anlaşıb.

 

Bu barədə sözügedən menecer “Przeglad Sportowy” nəşrinə açıqlamasında məlumat verib: “Levandovskiyə kömək etmək üçün əlimdən gələni edəcəm.

 

O, dünyanın ən yaxşı hücumçusudu. Şadam ki, belə bir futbolçu ilə əməkdaşlıq etməyə başlamışam. Robert “Real”da oynayacaqmı? Mənim çalışmaq vaxtım çatıb”.

 

Zahavi braziliyalı hücumçu Neymarin İspaniyanın “Barselona” klubundan PSJ-yə (Fransa) transferində iştirak edib. Hansı ki, həmin transfer dünya futbolunda ən bahalı keçid kimi tarixə düşüb (222 milyon avro).

Tarix: 24 Fevral 00:00    Oxunub: 190    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.