"Qarabağ"dan göndəriləcəyini bildi

Əvəzedicilərin çempionatında 16-cı tura dünən yekun vurulub.

 

Turun ikinci oyun günündə "Səbail" "Qarabağ"ı, "Kəpəz” “Keşlə”ni sınağa çəkib. Ancaq meydan sahibləri qələbə qazana bilməyib.

 

Son çempion mövsümün ikinci yarısına fırtına kimi başlayıb. Ötən tur lider "Qəbələ" üzərində inamlı qələbə qazanan ağdamlılar bu dəfə onun ən yaxın izləyicisini üstələyib.

 

Hərçənd 5 qolun qeydə alındığı matçda "Səbail" hesabda iki dəfə önə keçib. Ancaq hər dəfə tarazlığı bərpa edən "Qarabağ” ikinci yarının əvvəlində qələbə topunu vurmağı bacarıb.

 

Ümumiyyətlə, 5 qol 48 dəqiqəyə sığıb. Ağdamlıların qələbəsində yenə əsas komandanın üzvünün rolunu vurğulamaq lazım gəlir.

 

"Qəbələ" ilə matçda dubl edən Ağabala Ramazanov "Səbail"i də iki dəfə cəzalandırıb. Bu qələbə sayəsində "Qarabağ” 5-ci yerə yüksəlib.


Qurban Qurbanov onu əsas komandaların görüşündə də meydana buraxdı. 74-cü dəqiqədə, Pedro Enrikenin əvəzinə. Bu da müvəqqətidi.

 

Zaur Ramazanovun kiçik qardaşının burdan ayrılmasına 2-3 ay qalıb. Nəzərinə çatdırılıb ki, artıq indidən özünə başqa komanda axtara bilər (Sportinfo.az).

Tarix: 23 Fevral 20:36    Oxunub: 747    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.