"Yeni kluba tez uyğunlamışam, özümü xoşbəxt hiss edirəm"

"Artıq geri dönməyə hazıram. Məşqççimizin ixtiyarındayam və o, istədiyi zaman məni meydana buraxa bilər".

 

Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının üzvü Eddi İsrafilov deyib.

 

26 yaşlı yarımmüdafiəçi qış transfer dönəmində üz tutduğğu "Alkorkon" klubunun heyətində debüt edə bilər. O, çempionatın XXVIII turunda "Qranada"ya qarşı keçiriləcək görüş üçün özünü hazır hesab edir:

 

"Bir müddət əvvəl "Qranada"da forma geyinmişəm. Komandanı yaxşı tanıyıram. Onların heyətində Darvin Maçis kimi sürətli, texnikalı oyunçu var. Həmçinin komandanın baş məşqçisi Xose Oltra kifayət qədər təcrübəlidi.

 

Oyuna yaxşı hazırlaşmışıq, həftə ərzində intensiv məşqlər keçmişik. Öz oyunumuzu sərgiləmək niyyətindəyik. Qələbə qazanmaq istəyirik, amma bunu əldə etmək elə də asan olmayacaq".  

 

Eddi yeni klubunda özünü xoşbəxt hiss edir: "Burada əvvəllər eyni komandada oynadığım futbolçular var. Onlar mənə çox yaxşı münasibət göstərirlər. Yeni klubuma tez uyğunlamışam, özümü xoşbəxt hiss edirəm".

Tarix: 23 Fevral 20:24    Oxunub: 463    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.