De Xea ÇL-də ən yaxşı seçildi

UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu adı açıqlanıb.

 

Sportinfo.az xəbər verir ki, bu həftənin ən yaxşısı adına 4 namizəd var idi. Bunlar David de Xea ("Mançester Yunayted"), Fred ("Şaxtyor", Donetsk), Villian ("Çelsi") və Tomas Müller idi ("Bavariya").

 

Həftənin ən yaxşı futbolçusunun adı UEFA-nın rəsmi saytında keçirilən sorğuda müəyyənləşib. Daha çox səs toplayan De Xea birinci olub. O, səslərin 48 faizini toplayıb.

 

İkinci yeri 28 faiz səslə Villian tutub. Müller üçüncü (17 faiz səs), Fred isə (7 faiz) sonuncu olub.

Tarix: 23 Fevral 20:00    Oxunub: 120    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.