AFFA-nın diqqətinə: "Kifayət qədər ağıllıyam, futboldakı ən savadlı adamlardan biriyəm"

“Arsenal”ın sabiq futbolçusu Sol Kempbell yüksək futbol savadı olduğunu, ancaq təcrübə azlığına görə iş tapa bilmədiyini deyib.

 

Sportinfo.az xəbər verir ki, keçmiş müdafiəçi İngiltərə mətbuatına açıqlamasında özünün futboldakı ən savadlı insanlardan biri olduğunu bildirib:

 

“Oksford” klubu ilə baş məşqçi işiylə bağlı görüşdüm, ancaq qəbul etmədilər. Təcrübəsiz olduğumu dedilər. İş tapa bilməmişəm, necə təcrübə toplayım ki? “Burda nə edirəm?” deyəcəyim bir komandaya da getmək istəmirəm.

 

Səviyyəmi çox aşağı salmamalıyam. Kifayət qədər ağıllıyam. Futboldakı ən savadlı adamlardan biriyəm, ancaq təcrübəm yoxdu deyə, vaxt itirirəm. Almaniyaya baxın, savadlı məşqçilər dərhal iş tapırlar. Bu cür savadım olduğuna görə üzr istəməyəcəm”.

 

Hazırda 43 yaşı olan sabiq müdafiəçi karyerası ərzində “Arsenal”la yanaşı, “Nyukasl”, “Tottenhem”, “Nots Kaunti” və “Portsmut”da da top qovub. O, 1996-2007-ci illər aralığında İngiltərə millisinin şərəfini qoruyub.

Tarix: 23 Fevral 17:36    Oxunub: 339    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.