Bunu görün, "Qarabağ"ı yıxıb-sürüməyin, şükür edin!

2017-ci ildə “Qarabağ” Azərbaycan futbolunun tarixində ilkə imza ataraq, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. 

 

“Köhlən atlar” təcrübəsiz olsalar da, olduqca çətin qrupda (“Çelsi”, “Atletiko”, “Roma”) 2 xal qazanmağı bacardılar.

 

Bununla belə, bir çoxu bu nəticəni qənaətbəxş hesab etmədi. Ancaq indiyə qədər Çempionlar Liqasında qrup mərhələsini xalsız başa vuranlar da olub.

 

Özü də “Qarabağ” kimi təcrübəsizlər yox, adlı-sanlı klublar. Özü də bu komandalar qat-qat zəif sayılacaq qruplarda xala həsrət qalıblar.

 

Sportinfo.az Çempionlar Liqasının qrup mərhələsində xal qazana bilməyən klubları təqdim edir:

 

2001/2002 mövsümü: “Fənərbaxça”. Qrup: “Barselona”, “Bayer”, “Lion”. Top fərqi - 3:12. 
2002/2003 mövsümü: “Spartak”. Qrup: “Valensiya”, “Bazel”, “Liverpul”. Top fərqi - 1:18. 
2004/2005 mövsümü: “Anderlext”. Qrup: “İnter”, “Verder”, “Valensiya”. Top fərqi - 4:17. 
2007/2008 mövsümü: “Dinamo” Kiyev. Qrup: “Mançester Yunayted”, “Roma”, “Sportinq”. Top fərqi - 4:19. 
2011/2012 mövsümü: “Vilyarreal”. Qrup: “Bavariya”, “Napoli”, “Mançester Siti”. Top fərqi - 2:14. 
2013/2014 mövsümü: “Marsel”. Qrup: “Borussiya” (D), “Arsenal”, “Napoli”. Top fərqi - 5:14. 
2017/2018 mövsümü: “Benfika”. Qrup: “Mançester Yunayted”, “Bazel”, ÇSKA. Top fərqi - 1:14. 
Bu da bonus: 2002/2003 mövsümü: “Bayer”. Çempionlar Liqasının ikinci qrup mərhələsi. Qrup: “Barselona”, “İnter”, “Nyukasl”. Top fərqi - 5:15.

Tarix: 23 Fevral 17:12    Oxunub: 304    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.