"Axı qadın deyilik ki, qeybət edək, hər kəsin öz sualı ola bilər”

“Atletiko”nun futbolçusu Vitolo baş məşqçi Dieqo Simeone ilə Fernando Torres arasındakı münasibətdən danışıb.

 

Sportinfo.az xəbər verir ki, Simeone bu yaxınlarda mətbuata verdiyi açıqlamada bildirmişdi ki, mövsümün sonunda Torresin komandada qalmasını təkid etməyəcək.

 

İspaniya mətbuatı bu açıqlamadan sonra onların arasında münasibətlərin gərgin olduğunu yazmışdı. Vitolo məsələ ilə bağlı fikirlərini bildirib:

 

“Komandamızda hər şey əvvəlki kimidi. TorReslə məşqçi məsələsi barədə nəsə deyə bilmərəm. Onlar da özlərini həmişəki kimi aparırlar.

 

Onların arasında hansısa problemin olduğunu görməmişəm. Axı biz qadın deyilik ki, qeybət edək. Hər kəsin məşqçiyə öz sualı ola bilər”.

Tarix: 23 Fevral 16:12    Oxunub: 153    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.