Quliyevin gətirdiyi sponsorlar "Sumqayıt"la əməkdaşlığı davam etdirəcək?

Prezident  dəyişikliyi «Sumqayıt»ın gələcək fəaliyyətinə öz təsirini göstərə bilər.

 

Kamran Quliyevin «Neftçi»nin prezident postuna getməsi «kimyaçılar» barədə növbəti xəbər dalğasının yaranmasına səbəb olub. 


Hazırda «gənrclik şəhəri» təmsilçisinin 4 sponsoru var. Hər halda klubun rəsmi saytında belə qeyd olunub.

 

Onlardan ən başlıcası «Azərikimya»dı. Hansı ki, əsas maliyyə mənbəyi SOCAR-a bağlı bu təşkilatdı.

Həmçinin «Kapital bank», «Paşa Həyat» və «Aquavita» bu siyahıda yer alır.


Adıaçəkilən sponsorlardan yalnız «Kapital»ın nə qədər vəsait ödədəyi açıqlanıb. Bank illik olaraq 250 min manat verir.

 

Razılaşmaya əsasən, müqavilə mövsümü imzalanır və danışıqlar növbəti dəfə aparılır, şərtlər hər iki tərəfi qane etsə, müddət uzadılır. «Kapital» 3 ildi bu cür əməkdaşlıq edir.

 

Bəs bundan sonra? Çünki hamımız bilir ki, istər sbözügedən bank, istərsə də «Paşa Həyat» Quliyevin şəxsi münasibət və əlaqələrinin nəticəsində «Sumqayıt»la portnyorluğa qol qoyub.


Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bununla bağlı Sportinfo.az-a danışıb: «Biz onlarla artıq neçə ildi əməkdaşlıq edirik. Bəli, müqavilələr hər dəfə mövsümün əvvəlində imzalanır və mayın sonunda başa çatacaq.

 

«Kapital» və «Paşa Həyat»la müqavilənin uzadılmasına dair məndə hələlik heç bir yeni rəsmi məlumat yoxdu.

 

Ona görə də bu barədə heç bir əlavə açıqlama verə bilmərəm. Yəqin ki, müqavilə müddəti başa çatandan sonra həm «Kapital bank»la, həm də «Paşa Həyat»la danışıqlar yenidən aparılacaq. Ümidvarıq ki, əməkdaşlığımızı davam etdirəcəyik». 

Tarix: 23 Fevral 15:48    Oxunub: 393    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.