İstefa versə, hazırkı klubuna 10 milyon avro ödəməli olacaq

Bundesliqa təmsilçisi “Hoffenhaym”ın baş məşqçisi Yulian Naqelsmann mövsümün sonunda komandadan ayrılmaq istəyir.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Almaniya mətbuatı yayıb.

 

Mövsümün əvvəlində “İnter”, “Suonsi”, “Valensiya” kimi komandaların diqqət mərkəzində olan 30 yaşlı mütəxəssis karyerasını ölkə xaricində davam etdirməyi arzulayır.

 

Naqelsmannın “Hoffenhaym”la müqavilə müddəti 2021-ci ilin yayında bitəcək. Bu müddət bitmədən başqa kluba keçəcəyi təqdirdə isə hazırkı komandasına 10 milyon avro ödəməli olacaq. 

 

“Hoffenhaym” Almaniya Bundesliqasında 23 turdan sonra 31 xalla 9-cu pillədə qərarlaşıb. 2016-cı ildən “Hoffenhaym”ın sükanı arxasına keçən mütəxəssis, Bundesliqa tarixinin ən gənc məşqçisidi.

Tarix: 23 Fevral 15:24    Oxunub: 220    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.