Emin Mahmudov başına gələnlər barədə "Sportinfo"ya danışdı: "İndi "Neftçi"də rahatam"

Sportinfo.az-ın dünən yaydığı məlumat gündəmi silkələdi.

 

Xəbər verdik ki, ötən ilin sentyabrında «Neftçi» ilə müqavilə bağlayan Emin Mahmudovun problemi yaranıb.

 

Azərbaycana Portuqaliyadan – qarşılıqlı razılaşma əsasında müqaviləsini pozduğu «Boavişta»dan gələn yarımmüdafiəçi sənədlərini qaydasına sala bilmir.

 

Redaksiyamıza məlum olub ki, «Saturn»un yetirməsi «Neftçi»yə gəldiyi vaxt 40 min manat alıb. Həmin məbləğ isə klubun büdcəsindən deyil, SOCAR tərəfindən ödənilib. Çünki bu transfer neft şirkətinin birbaşa təlimatı əsasında baş tutub.

 

«Boavişta»dan ayrıldıqdan sonra 2 ay klubsuz qalan Emini «Neftçi»yə menecersiz götürüblər. AFFA və paytaxt təmsilçisinin baş sponsoru olan neft şirkət mili naminə bu addımı atıb. 


Problemlər isə bundan sonra başlayıb. Mahmudov həmin müddətdən bəri 1 dəfə də olsun, maaş almayıb. Vətəndaşlıq almalıdı ki, adınaVÖEN açılsın, ödəmə edilsin.
 
Bu prosesin icrasını indi nə SOCAR üzərinə götürür, nə də AFFA. Əslində isə məsələnin bu həddə çatması «Neftçi»nin keçmiş rəhbərliyinin məsuliyyətsizliyindən irəli gəlir.
 
Mahmudov maddi vəziyyətinin çətinləşliyini dəfələrlə onların nəzərinə çadırıb və sənədlərinin nizama salınmasını istəyib. Qulaqardına vurublar.
 
Çıxılmaz durumda qalan yarımmüdafiəçi federasiyaya xəbərdarlıq edib ki, problem qısa müddətdə çözülməsə, «Neftçi»dən FİFA-ya şikayət məktubu göndərəcək və müqaviləsini birtərəfli şəkildə pozacaq.


Məsələnin aktuallığını nəzərə alıb, Mahmudovun özünə də tribuna verdik: «Bu, texniki səbəblərdən yaranmış problemdi. Sentyabrda müqavilə bağlamışam və həmin sənədlərə imza atmışam ki, maliyyə şərtləri ictimaiyyətə açıqlamayacam.

 

Ona görə də deyə bilmərəm ki, mənə nə qədər ödəmə edilib və ya edilməlidi. Amma 40 mindən söhbət getmir - bunu dəqiq bilin.

 

Klubumuzun yeni rəhbərliyi məsələni öyrənən kimi üstünə ciddi düşdü. Maraqlandılar, özümlə söhbət etdilər və indi mən çox rahatam. Çünki bu insanlara inanıram, görürəm ki, onlar komandaya necə ürəkdən can yandırırlar. Söz veriblər ki, yaxın günlərdə həll olunacaq.

 

Düzdü, üstündən çox keçib, amma keçmiş rəhbərlik də mənə izah etmişdi ki, texniki işlərin görülməsi hansı prosedurlardan asılıdı. İndi bunu necə edəcəklər, öz işləridi, bilirlər.

 

Bundan sonra yenə başımı aşağı salıb, öz futbolumu oynayacam, çalışacam ki, mənə göstərilən yaxşı münasibətin qarşılığını verim.

 

Onu da bildirim ki, klubdan FİFA-ya şikayət etmək fikrim olmayıb. Açığı, «Neftçi»də çox rahatam. Bu klub həddən artıq xoşuma gəlir».

Tarix: 23 Fevral 15:00    Oxunub: 628    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.